Qalmır

Düşür boş olan anda,
Sırğa qulaqda qalmır.
Məhəbbət laxlayanda
Üzük barmaqda qalmır.
Qalmır

Düşür boş olan anda,
Sırğa qulaqda qalmır.
Məhəbbət laxlayanda
Üzük barmaqda qalmır.

Çıxmır yaza, bahara,
Çevrilə bilmir bara.
Düşür borana, qara,
Şamama tağda qalmır.

Nəfs Şeytanı yaşadır,
Haqla vicdan qoşadır.
Namərd bezmir, daş atır,
Quşlar budaqda qalmır.

Adətlər vardı eldə…
Hörülmür, saç da, tel də.
Bu zəmanədə, ildə,
Gəlin duvaqda qalmır.

Hey etsək də dad, aman,
Ölməyir ümid, güman.
Çəkilib gedir duman,
Yamacda, dağda qalmır.

Tamam Nur Tağlabiyanlı

Şərh Yaz