İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci tələbə qəbulu elan edir

Əziz abituriyentlər!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli, 168 saylı qərarı ilə 10 ixtisas üzrə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci açılmış və TQDK-nın tələbə qəbulu planına daxil edilmişdir.

Ali məktəblərə sənəd vermiş və lazımi balı toplamamış ümumtəhsil bazasından imtahan verən abituriyentlər aşağıdakı ixtisasları seçə bilərlər:
İxtisaslar:
1. Müalicə işi – (tam orta təhsil bazasından);
2. Məktəbəqədər təlim və tərbiyə – (ümumi orta təhsil bazasından);
3. Kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti – (tam orta təhsil bazasından);
4. Aqrar (fermer) təsərrüfatının təşkili – (tam orta təhsil bazasından);
5. Mühasibat uçotu – (ümumi orta təhsil bazasından);
6. Dekorativ tətbiqi incəsənət və xalq sənəti – (ümumi orta təhsil bazasından);
7. Turizm və onun təşkili – (tam və ümumi orta təhsil bazasından);
8. Ət və süd məhsullarının texnologiyası – (tam orta təhsil bazasından);
9. Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası – (tam orta təhsil bazasından);
10. Taxıl və taxıl məhsullarının saxlanması və emalı texnologiyası – (ümumi orta təhsil bazasından).
Ünvan: İsmayıllı şəhəri, Ələkbərzadə küçəsi 34 (faktiki)
Əlaqə telefonları: (020) 285-15-82, 055- 677-29-84
Direktorluq

Şərh Yaz