Yaddas kitabcasi

Şura iclası

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 30 iyun 2014-cü il tarixli iclası keçirilib.
İclasda Şura üzvləri ilə yanaşı Rayon İcra Hakimiyyəti aparatının, hüquq-mühafizə orqanlarının əməkdaşları, yerli icra nümayəndələri, bir sıra idarə və təşkilatların rəhbərləri iştirak edib.

Şura iclasıŞura iclası

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 30 iyun 2014-cü il tarixli iclası keçirilib.
İclasda Şura üzvləri ilə yanaşı Rayon İcra Hakimiyyəti aparatının, hüquq-mühafizə orqanlarının əməkdaşları, yerli icra nümayəndələri, bir sıra idarə və təşkilatların rəhbərləri iştirak edib.
Şura iclası
RİH başçısı Mirdaməd Sadıqov son dövrlər rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən, bir sıra sosial yönümlü layihələrdən danışıb. İcra başçısı gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb və həmin məsələlərin önəmini vurğulayıb.
İclasın gündəliyinə “Ölkə ərazisində müxtəlif təyinatlı obyektlərin və kommunikasiya xətlərinin mühafizə, təhkim, sanitar zona və zolaqlarında torpaq sahələrinin ayrılması, bu ərazilərdə qanunsuz tikililər və tikinti işlərinin aparılmasının qarşısının alınması sahəsində mövcud nöqsanların aradan qaldırılmasına, təkrarlanmamasına dair Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin şəhər, rayon İcra Hakimiyyətləri başçılarına 13 iyun 2014-cü il tarixli 2/516 saylı tövsiyələri ilə bağlı görüləcək işlər” , “Vətəndaşlar arasında nikah və boşanma hallarının müqayisəli təhlili, erkən və qeyri-rəsmi nikaha daxilolma hallarının qarşısının alınması tədbirləri barədə Basqal qəsəbə, Quşencə, Mollaisaqlı, Sumağallı, Diyallı və Soltankənd İƏD-i üzrə nümayəndələrin hesabatı”, “Rayon ərazisində yerli əhəmiyyətli yolların əsaslı və cari təmiri sahəsində görülmüş işlər”lə bağlı məsələlər daxil edilib.
Gündəlikdə duran birinci məsələ ətrafında RİH-nin hüquq şöbəsinin müdiri Xətai Abbasov, ikinci məsələ ilə bağlı RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, üçüncü məsələ barədə RİH-nin memarlıq və tikinti şöbəsinin mühəndisi Vüsal Abdullayev məruzə edib.
Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb. RİH başçısı yanında Şuranın və RİH aparatının 2014-cü ilin II yarım ili üçün perspektiv iş planı təsdiq edilib.
Qaldırılan məsələlər üzrə Şura iclasının qərarı qəbul olunarkən əlavə tapşırıqlar nəzərə alınıb.
Ç.Bəhərçinli

Şərh Yaz