Görülən işlərə qiymət verildi

1918-ci il iyul ayının 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti cinayətkarlıqla mübarizənin və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ilk polis bölümünün yaradılması haqda qərar qəbul edib. 1998-ci il 24 may tarixində isə ulu öndər Heydər Əliyev həmin tarixin Polis İşçiləri Günü kimi elan edilməsi barədə Fərman imzalayıb və həmin gündən etibarən 2 iyul Azərbaycanın Daxili İşlər Orqanları əməkdaşlarının peşə bayramı, Polis İşçiləri Günü kimi qeyd olunur.
Görülən işlərə qiymət verildiGörülən işlərə qiymət verildi

1918-ci il iyul ayının 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti cinayətkarlıqla mübarizənin və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ilk polis bölümünün yaradılması haqda qərar qəbul edib. 1998-ci il 24 may tarixində isə ulu öndər Heydər Əliyev həmin tarixin Polis İşçiləri Günü kimi elan edilməsi barədə Fərman imzalayıb və həmin gündən etibarən 2 iyul Azərbaycanın Daxili İşlər Orqanları əməkdaşlarının peşə bayramı, Polis İşçiləri Günü kimi qeyd olunur.
Sevimli peşə bayramları günündə İsmayıllı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nizami Qocayev başda olmaqla RPŞ-nin şəxsi heyəti ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət etmiş, abidə önünə əklil qoymuş, gül-çiçək dəstələri düzmüş, xatirəsini dərin ehtiramla yad etmişdir.
Peşə bayramları günündə rayonun asayiş keşikçiləri onlar üçun, müasir memarlıq üslubunda tikilmiş və bir neçə ay əvvəl istifadıyə verilmiş inzibati binanın akt zalına, təntənəli bayram tədbirinə yığışıblar. Şəxsi heyətin üzvləri ilə bərabər tədbirdə rayonun digər hüquq-mühafizə orqanlarının, xidmət idarələrinin rəhbərləri, istefada olan, veteran polis işçiləri əlamətdar günə həsr olunmuş tədbirdə iştirak ediblər.
RPŞ-nin rəisi Nizami Qocayev şəxsi heyət qarşısında məruzə ilə çıxış edib (Məruzənin mətnini bu sayımızda dərc edirik).
Məruzədə qeyd olunub ki, möhtərəm Prezidentimizin xüsusi qayğısı ilə əhatə olunmuş Daxili İşlər Orqanlarında fəaliyyətin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə görülən əhəmiyyətli işlər müvəffəqiyyətlə davam etdirilir.
Tədbirdə iştirak və çıxış edən, Dövlət siyasətini, prezident İlham Əliyevin tapşırıqlarını uğurla həyata keçirən İsmayıllı RİH-in başçısı Mirdaməd Sadıqov RPŞ-nin əməkdaşlarından diqqət və qayğısını əsirgəmədiyini vurğulayıb. O, şəxsi heyətin rayonda ictimai asayişin qorunmasında göstərdiyi xidmətə yüksək qiymət verib. Bunun bariz nümunəsi kimi, şöbənin bir qrup əməkdaşına İsmayıllı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub.
Görülən işlərə qiymət verildi
Peşə bayramları günündə İsmayıllıda çalışan polis əməkdaşlarını rayon prokroru Rahib Seyidov, rayon məhkəməsinin hakimi Azad Əliyev, MTN-nin İsmayıllı rayon Şöbəsinin rəisi Kamal Axundov, RİH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əhmədov, rayon Polis Veteranları şurasının sədri İsmayıl Bünyadov da təbrik etmişdir
Tədbirin sonunda təbriklərə görə təşəkkür edən rəis N.Qocayev görülən işlərə verilən qiyməti gələcəkdə polis əməkdaşlarının öz vəzifələrinə daha məsuliyyətlə yanaşacağına zəmanət kimi dəyərləndirib.
Tədbirdə işdə olan nöqsanlardan danışılmasa da, onların mövcudluğu və aradan qaldırılması barədə də fikirlər səslənib.
Ş.Soltanov

Şərh Yaz