Ziyalı, vətəndaş, ictimai xadim


Müdriklərin fikrincə, bir ölkənin böyüklüyü ərazisinin böyüklüyü ilə deyil, insanlarının elmi-mədəni səviyyəsi, öz Vətəninə, xalqına namusla, əzmkarlıqla, sədaqətlə xidmət etmələri ilə qiymətləndirlir. İsmayıllı rayonunu hər yerdə tanıdan onun zəngin təbii şəraiti ilə yanaşı xalqımızın minilliklərdən süzülüb gələn yüksək mənəvi-əxlaqi dəyərləri, mütərəqqi adət-ənənələrimizi yaşadan, doğma Azərbaycanımızın ictimai-siyasi, iqtisadi həyatında öz yeri, özünəməxsus dəsti-xətti, yüksək elmi olan övladlarının şərəfli, şöhrətli fəaliyyətidir.

Ziyalı, vətəndaş, ictimai xadimUlu Basqalın görkəmli yazarları və ictimai xadimləri

Ziyalı, vətəndaş, ictimai xadim

21-ci yazı

Müdriklərin fikrincə, bir ölkənin böyüklüyü ərazisinin böyüklüyü ilə deyil, insanlarının elmi-mədəni səviyyəsi, öz Vətəninə, xalqına namusla, əzmkarlıqla, sədaqətlə xidmət etmələri ilə qiymətləndirlir. İsmayıllı rayonunu hər yerdə tanıdan onun zəngin təbii şəraiti ilə yanaşı xalqımızın minilliklərdən süzülüb gələn yüksək mənəvi-əxlaqi dəyərləri, mütərəqqi adət-ənənələrimizi yaşadan, doğma Azərbaycanımızın ictimai-siyasi, iqtisadi həyatında öz yeri, özünəməxsus dəsti-xətti, yüksək elmi olan övladlarının şərəfli, şöhrətli fəaliyyətidir.
Ziyalı, vətəndaş, ictimai xadim
Bu il baharın əvvəllərində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi, professor Mirdaməd Sadıqovun və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruzəli Aslanovun təşkilatçılığı ilə rayonumuzun ziyalıları ilə görüşümdən aldığım xoş, qürur doğuran təəssüratdan ayrıla bilmirəm. Bu iki yüksək elm, mədəniyyət, ədəb-ərkan sahiblərinin uzaqgörənliyi, el ağsaqqallarına ehtiramının, qayğısının nəticəsidir ki, rayonda keçirilən ictimai tədbirlərin çoxuna qocaman müəllim, yazıçı-publisist kimi məni də dəvət edir, rayonumuzun yüksəlişinə, inkişafına yönəldilmiş vacib qərarların qəbul edilməsində mənim fikrimlə də hesablaşırlar. Həmin görüşdə əsli-kökü rayonumuzdan olan elmin, mədəniyyətin yüksəkliyinə qalxmış çoxsaylı alimləri, ədibləri, şairləri, iş adamlarını gördüm, məzmunlu, yığcam, lakin mənalı çıxışlarını eşitdim, müstəqil Azərbaycanımızın ictimai həyatında fəaliyyət göstərən bu qədər həmyerlilərimizin olmasından qəlbimi fərəh hissi bürüdü.
Rayonumuza 2013-cü ilin fevral ayında başçı təyin edilmiş öz yurdumuzun namuslu övladı Mirdaməd Sadıqov istirahət, dincəlmək bilmədən gecə-gündüz əlləşir, hər sahədə yığılıb qalmış ciddi problemləri həll etməkdə böyük uğurlara nail olur. Sevindirici haldır ki, 14 avqust 2013-cü ildə rayonumuzda qonaq olmuş prezident İlham Əliyev başçının bu səyini yüksək qiymətləndirərək öz razılığını bildirmişdir: “Çox sağ olun! İsmayıllıda işlər yaxşı gedir. Yeni rəhbərlik də çox fəal başlayıb”.
Çox sevinirəm ki, rayonumuzun iqtisadi, mədəni inkişafına, gözəlləşməsinə istiqamətlənmiş yolda iki Vətən təəssübkeşi – Mirdaməd Sadıqov və millət vəkili Novruzəli Aslanov qoşa addımlayır, potensial imkanları birgə arayır, birlikdə həll edirlər. Bəzən millət vəkilini həm daimi iş yerində – Qızıl Aypara Cəmiyyətinin ofisində, həm Milli Məclisin iclaslarında, respublikada və rayonumuzda keçirilən dövlət əhəmiyyətli müxtəlif tədbirlərdə, radio, televiziya verilişlərində görünməsi ilə yanaşı, hər cümə axşamı rayon mərkəzində əhalini qəbul edib lazımi köməklik göstərməsi, doğrusu, mənə möcüzə təsiri bağışlayır, onun bir şəxsiyyət kimi, görkəmli dövlət xadimi kimi hələ inkişafda olmasını, daha parlaq gələcəyini proqnozlaşdırır. Onu deməyi də vacib bilirəm ki, N.Aslanov özünün millət vəkili seçilməsi ilə xalq deputatının dəyərini öz işi, öz yorulmaz fəaliyyəti, xalqı ilə olan bağlılığı ilə rövnəqləndirdi. Istər Sovet dönəmində, istər müstəqillik əldə etdiyimiz illər ərzində millət vəkilini onu seçmiş əhali bir dəfə də olsun öz aralarında görməmişdi. Odur ki, 2005-ci ildə Novruzəli Aslanova etibar etmiş, onun xalqa olan yorulmaz xidmətini razılıqla müşahidə etmiş seçicilər 2010-cu ildə də demək olar ki, hamılıqla onun təkrar millət vəkili seçilməsinə səs verdilər.
Novruzəli Aslanovun illər ərzində deputatlıq fəaliyyəti barədə hesabat kitablarını vərəqlədikcə bir daha məmnuniyyət hissi ilə öyrənirsən ki, o, rayonun bütün kəndlərində olmuş, əhali ilə görüşmüş, yaşayış məntəqələrinin su, təbii qaz, enerji, həmçinin işsizlik və digər probremlərin həlli istiqamətində bir sıra dövlət strukturları, mərkəzi və yerli icra hakimiyyəti orqanları “Azəriqaz”, “QSC”, “Azərenerji”, “Azərsu” ASC-nin məsul şəxsləri ilə müvafiq görüşlər keçirmiş və lazımi nəticələr əldə etmişdir.
Hər il rayonun imkansız sakinlərinə ərzaq yardımı edilmiş, deputatın şəxsi təşəbbüsü və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vasitəsilə 2005-2013-cü illər ərzində dəfələrlə təmənnasız tibbi yardıma yüzlərlə vətəndaş göndərilmişdir. Deputatın qayğısı və ardıcıl səyi ilə irəli sürülən tövsiyyə və təklifləri nəzərə alınmaqla bir çox məsələlər öz müsbət həllini tapmışdır.
Əlbəttə, kiçik yazıda N.Aslanovun bir millət vəkili, Qızıl Aypara Cəmiyyətinin prezidenti kimi çoxcəhətli fəaliyyətindən bəhs etmək imkan xaricindədir. Xalq arasında sevilən və xidmətləri ilə görkəmli ictimai xadim səviyyəsinə ucalan Novruzəli müəllim sadə, təvazökar insandır. Elmə güclü marağı, yüksək analitik təfəkkürü, onun həm də alim kimi yetişməsinə təkan verir. N.Aslanov yüksək insani keyfiyyətləri ilə seçilir. Atası Davud Aslanın dostlarını heç vaxt unutmur. Xahiş və məsləhətlərə xüsusi doğmalıqla yanaşır. Ünsiyyətcildir, hamıya qayğıkeş münasibət bəsləyir. İnsanlara hədsiz inamı var. Ehtiyacı olanlara yaxşılıq etməkdən, əl tutmaqdan zövq alır. Heç vaxt elədiklərini üzə vurmur. Ümumiyyətlə, onun zəngin daxili dünyası var. Novruzəli Aslanovun zirvədə olması onu sevənlərdə iftixar hissi doğurur.
Əqidəsində və fəaliyyətində xeyirxah, etibarlı, sədaqətli olması və sair müsbət xüsusiyyətləri ailədən, aldığı tərbiyədən qaynaqlanır.
N.Aslanovun ömür yoluna nəzər salanda onun uşaq yaşlarından elmə, biliyə həvəs göstərdiyinin şahidi olursan. Ailədəki münbit mühittən yararlanıb. 1963-cü il martın 22-də baharın ilk günündə gözəl ziyalı, həm lirik, həm satirik şair Davud Aslanın ailəsində anadan olan Novruz böyüyüb, oxumaqdan, öyrənməkdən heç vaxt yorulmayıb. Ali təhsil alıb, müəyyən vəzifələrdə çalışıb. Püxtələşdikcə bədii, fəlsəfi yaradıcılıq onu özünə cəlb edib. Cəmiyyət və bəşəriyyət haqqında bir-birinin ardınca kitablar yazıb. Müəllifi olduğu bütün kitablar sevilə-sevilə oxunub. Bu kitablarda müəllif öz fikirlərini elə səmimiyyətlə, elə təkzibolunmaz fakt və dəlillərlə təqdim edir ki, hər hansı səviyyəli oxucu onu qəbul edərək qavrayır.
2005-ci ildə çap etdirdiyi “Əbədi həyat və möcüzəli varlıq” əsərində oxucular onun fəlsəfi dünya görüşləri ilə tanış olurlar. Orada bizi heyrətləndirən, hətta bizə möcüzəli görünən bir çox mətləb, izaholunmaz hiss və duyğu inandırıcı şəkildə açıqlanır. İnsan, xeyir və şər mənəvi aləmdə onların mövcudluğunun səbəbləri, insan şüuru, onun nəhayətsiz imkanları və möcüzəli mahiyyəti, Allah, dünya və insan münasibətləri və sair bu kimi hələ elmin izah edə bilmədiyi fəlsəfi predmetlər Novruzəli Aslanovun tədqiqat obyektləridir.
“Xeyir və şər”, “Bir daha insan haqqında” əsərlərində insan zəkasının tədqiqi kimi ağır, akademik vəzifənin öhdəsindən gəlməyə çalışan Novruz müəllim buna uğurla, peşəkarlıqla nail olur.
“Mənim düşüncələrim”, “Qızıl Aypara” dünən, bu gün və sabah” adlı və sair əsərlərində isə Novruz Aslan bütün dünyada tanınmış və böyük nüfuza malik olan humanist təşkilatlar Qırmızı Xaç və Qızıl Aypara haqqında Azərbaycan oxucusuna qiymətli məlumatlar verir.
Bütün bunlarla yanaşı, Novruz müəllim istedadlı, incə musiqi zövqünə malik həssas və kövrək insandır, sevilən məşhur müğənnilərin repertuarında yer almış onlarla mahnının müəllifidir, “Humay ilahəsi” mükafatının və “Qrand” musiqili milli-ictimai mükafatın laureatıdır.
Novruzəli Aslanov Yusif Məmmədəliyev adına medala layiq görülmüş və Respublikanın sosial-iqtisadi həyatındakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının imzaladığı sərəncamla “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktorudur. Sambo üzrə idman ustalığına namizəd, Qızıl Aypara Cəmiyyətinin prezidentidir.
2010-cu ildə Amerika Birləşmiş Ştatlarının Amerika Bioqrafiya İnstitutu tərəfindən Azərbaycan Respublikasında nümunəvi nailiyyətlər əldə etdiyinə görə Novruz Aslan “İlin adamı” medalı ilə təltif olunmuşdur.
Novruzəli müəllimi bütün bu nailiyyətlərə görə təbrik edir, ona yeni uğurlar arzulayırıq.
Miryavər Hüseynov

Şərh Yaz