Yaddas kitabcasi

Üç ildir qalibik

İyunun 28-də Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” respublika yarışı və “Gənc xilasedici” beynəlxalq turnirinin yekunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı , Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birgə tədbirdə ölkəmizin ümumtəhsil məktəblərinin şagirdləri ilə yanaşı Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Qırğızıstan və Belarusdan olan təmsilçilər də iştirak ediblər. Yarışa qatılan beynəlxalq təmsilçilər respublikamızın 16 rayon və şəhər komandalarının iştirakçıları ilə birlikdə “maneələr zolağı”, “kombinə edilmiş yanğın estafeti”, “axtarış-xilasetmə işi”, “komandaların təqdimatı” , “divar qəzeti“ mərhələlərində güclərini sınayıblar. İsmayıllı rayon komandası “maneələr zolağı” və, “divar qəzeti” – 1 yeri, “axtarış-xilsaetmə işi”, “komandaların təqdimatı” mərhələlərində 2-ci yerı tutmuşdur. Ümumi nəticədə Siyəzən-1-ci,İsmayıllı-2-ci və Bakının Nizami rayonu 3-cü yeri tutmuşdur.

Üç ildir qalibikÜç ildir qalibik

Qəbələ Mədəniyyət Mərkəzində keçirilən yarışların təntənəli bağlanış mərasimində iştirakçı ölkələrin təmsilçilərinin təqdim etdiyi bədii yaradıcılıq nümunələri maraqla qarşılanıb. Beynəlxalq tədbirin təntənəli bağlanış və qaliblərin mükafatlandırılması mərasimində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Təhsil naziri Mikayıl Cabbarov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.
“Gənc xilasedici və yanğınsöndürən” yarışı ümumtəhsil məktəblərinin şagirdləri arasında fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarətdir.
Üç ildir qalibik
Yarışın keçirilməsinin məqsədi yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin aşılanması, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliğidir. Bu yarışlarda N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin komandası İsmayıllı rayonunu təmsil edirdi. Xatırladım ki bizim komandamız zona yarışında 1-ci yeri tutmuşdu. Komandanı yarışlara məktəbin çağrışaqədərki hazırlıq müəllimi Əsgər Manafov hazırlamışdır. Komanda İsmayıllı Təhsil Şöbəsi tərəfindən vahid hərbi forması və idman dəsti ilə təmin olmuşdur. Bunulada dövlət gənclərə qayğısının daim biz hiss edirik. Xüsusilə qeyd edək ki, komandanın hərbi forması İsmayıllı tikiş fabriki tərəfindən hazırlanmışdır.
Gülçöhrə Fərəcova,
İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin uşaq birliyi rəhbəri

Şərh Yaz