Bu kitablar maraqlıdır, lakin …

Cəmiyyətdə mənəvi zənginlik yaradan vasitələrdən biri də kitabdır. Kitab vasitəsi ilə hər kəs həm elm öyrənir, həm də özündə mənəvi zənginlik yaradır.
Bəşəriyyətin yarandığı və formalaşdığı vaxtdan başlayaraq kitab xüsusi əhəmiyyətə malik olmuşdur. Unudulmaz faktlar mövcuddur ki, hər bir dövrdə kitaba qarşı müxtəlif yanaşmalar, müxtəlif fikirlər olmuşdur. Maraqlı cəhət ondadır ki, məhz bu gün də kitaba qarşı həm xeyirli, həm də neqativ, zərərli fikirlər yaranmaqdadır. Lakin hər şeydən əvvəl düşünməliyik ki, kitab tərbiyə, mədəniyyət vasitəsidir. Kitab mütaliə edən hər kəs zənginləşir, ideallaşır və paklaşır.

Bu kitablar maraqlıdır, lakin ...Bu kitablar maraqlıdır, lakin …

Cəmiyyətdə mənəvi zənginlik yaradan vasitələrdən biri də kitabdır. Kitab vasitəsi ilə hər kəs həm elm öyrənir, həm də özündə mənəvi zənginlik yaradır.
Bəşəriyyətin yarandığı və formalaşdığı vaxtdan başlayaraq kitab xüsusi əhəmiyyətə malik olmuşdur. Unudulmaz faktlar mövcuddur ki, hər bir dövrdə kitaba qarşı müxtəlif yanaşmalar, müxtəlif fikirlər olmuşdur. Maraqlı cəhət ondadır ki, məhz bu gün də kitaba qarşı həm xeyirli, həm də neqativ, zərərli fikirlər yaranmaqdadır. Lakin hər şeydən əvvəl düşünməliyik ki, kitab tərbiyə, mədəniyyət vasitəsidir. Kitab mütaliə edən hər kəs zənginləşir, ideallaşır və paklaşır.
Bu kitablar maraqlıdır, lakin ...
Hələ XVIII-XIX əsrlərdə Azərbaycan xalqının həyatında elm, mədəniyyət dini təşkilatlarda-məscid və mədrəsələrdə inkişaf etmişdir. Ona görə də, o dövrdə yetişmiş görkəmli nümayəndələr əvvəlcə bu məscid və mədrəsələrdə ibtidai təhsil alandan sonra xarici ölkələrdə təhsillərini davam etdirmiş və başa vurmuşlar. Belə təhsilə də yalnız imkanlı ailələrin övladları nail ola bilmişlər. Unutmamalıyıq ki, Rusiya 1828-ci ildən sonra Azərbaycanı öz tabeçiliyinə keçirəndən sonra, nə bir nəfəri belə əsgər aparmamış, nə də məktəb açmaq haqqında düşünməmişdir. Rus məmurları bu xalqı müti saxlamağa cəhd etmişdir. Sovet ideoloqları isə öz siyasi ideyalarını insanların beyninə yeritmək məqsədilə qondarma “Elmi-ateizm” elmini yaratmışdır. Sovet sosioloqları xalqın məscidlərdə olan mənəvi sərvətləri olan ən yaxşı kitabları “dini kitablar” adı altında məhv etmiş, xarici ölkələrdə oxuyub dünya elmlərindən, siyasətindən xəbəri olan, kərbəlayi, əfəndi və axundları bir sinif kimi aradan götürərək, xalqı siyasi və elmi soykökündən ayırmışdır.
Atalar demişdir: “ot kökü üstündə bitər”. İnsan da belədir, onu ilkin elmindən, mənəvi aləmindən ayırdın o aləm, mənəviyyat quruyur, bir sözlə, dondurulur. Sovet ideoloqları millətin əvvəlki elmini, siyasətini, mənəvi aləmini bağlamaqla bərabər “yeni sovet adamı” yetişdirməyə, onların ideologiyasını dəyişdirməyə nail olmuşdur. Ona görə də ölkədə senzura yaratmış ideologiyasına zidd olan ədəbiyyatların çap olunmasına qadağa qoymuşdur.
Bu yaxınlarda Mərkəzi Kitabxana Sisteminə rus dilində minlərlə müxtəlif bədii və digər mıvzuda kitab daxil olmuşdur. Rus dilində daxil olmuş bu ədəbiyyatlar demək olar ki, məhz o dövrdə qadağan olunmuş əsərlərdəndir. Bu kitablar maraqlıdır, ailə məişət məsələlərindən, insan psixologiyasından, adət-ənənələrindən, xalq təbabətindən, məişət işlərindən bəhs edir. Belə kitabların hər zaman oxucusu var. Çünki, çox maraqlı kitablardır. Lakin, təəssüf ki, bu kitablar rus dilindədir. Bir tərəfdən orta məktəblərimizdə rus dilinin tədris olunmaması, o biri tərəfdən bu kitabların Azərbaycan dilinə tərcümə olunmaması bizi təəssüfləndirir. Arzu edərdik ki, bu kitablar doğma dilimizə tərcümə olunaydı.
Rus dilini bilən ziyalılarımıza müraciətlə bildiririk ki, daxil olmuş bu kitablar doğrudan da çox maraqlıdır. Onları oxumağa dəyər.
Bu yaxınlarda İsmayıllı rayon İcra hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə 35 minə yaxın kitab hədiyyə etmişdir. Kitabxanalarımıza göstərdiyi qayğıya görə Mirdaməd müəllimə təşəkkürümüzü bildiririk. Arzu edirik ki, Azərbaycan dilində olan ədəbiyyatların alınması üçün də kitabxanalarımıza köməklik etsin.
Hədiyyə olunmuş bu kitablar məzmun və mövzularına görə çox maraqlıdır. Ədəbiyyatın bir çoxu dedektiv janrda, elmi-kütləvi, tibb, psixologiya, məişət, sənətkarlıq üsulları, evdarlıq, toxuculuq, biçmə-tikmə və s. elm sahələrinə aiddir. Bu kitablar 1992-1996-ci illərdə nəşr olunmuşdur. Lakin bu kitabların arasında məzmununu itirmiş ədəbiyyatlar da vardır. Məsələn: “Lekarstvennıye sredstva 4000 preparatov-spravoçnik” Moskva nəşriyyatı, 1995, 691 səhifə. Mütəxəssislərin fikrincə, bu məlumat kitabında göstərilən nüsxələr ölkəmizə gətirilmədiyi üçün, bu məlumat kitabına ehtiyac yoxdur.
Bu xəzinənin içərisində dəyərli kitablar da az deyildir. Ona görə də bu ədəbiyyatlar haqqında müəyyən, qısa məlumat verməyi məsləhət bildik.
Mədəniyyətin və milli ideologiyanın tərkib hissəsi olan kitabxanalar bu gün də öz işini görür. Ancaq kitabxanaların və kitabxanaçıların silahı sayılan yetərincə ədəbiyyat yoxdursa, kitabxanaçılar kimə və haraya müraciət etməlidirlər? Təəssüf ki, bu məsələlər hələlik qaranlıq olaraq qalır. Biz kitabxanaları və kitabları azaltmaqla dövlətimizin, dövlətçiliyimizin təbliğini zəiflədirik. Ölkəmizi isə lazımsız, dağıdıcı partiyalar, müxtəlif dini təriqətlər bürüyür. Axı onlar da müxtəlif ideoloji vasitələrdir. Məhz belə bir zamanda ideoloji mübarizəni məhz dövlətin xeyrinə gücləndirmək vacibdir. Təəssüf ki, qara qüvvələr kitabxanaları bağlamaqla fəxr edirlər. Ulu öndər Heydər Əliyevin bir cümləsi yada düşür. O, demişdir ki, “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.
Həmid Hacıyev,
İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini

Şərh Yaz