Təhsilimizdə müasir innovasiyaların tətbiqi

Ölkəmizdə əldə edilmiş davamlı iqtisadi yüksəliş təhsilimizin inkişafı üçün əlverişli zəmin yaratmışdır. Bununla bağlı ötən il ərzində rayonun təhsil müəssisələrinin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, təhsil sahəsində aparılan islahat proqramı uğurla həyata keçirilmişdir.
Təhsilimizdə müasir innovasiyaların tətbiqiTəhsilimizdə müasir innovasiyaların tətbiqi

Ölkəmizdə əldə edilmiş davamlı iqtisadi yüksəliş təhsilimizin inkişafı üçün əlverişli zəmin yaratmışdır. Bununla bağlı ötən il ərzində rayonun təhsil müəssisələrinin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, təhsil sahəsində aparılan islahat proqramı uğurla həyata keçirilmişdir.
Rayon Icra Hakimiyyəti başçısının sərəncamı ilə 2014-cü il təhsildə innovasiyalar ili elan edilmişdir. Bununla bağlı təhsil şöbəsində tədbirlər planı hazırlanmış və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Müasir dövrdə innovasiyaların əsas tərkib hissələrindən biri olan İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT) tətbiqi geniş yer tutmağa başlamışdır. İndi həyatımızın elə sahəsi yoxdur ki, orada kompyuterdən IKT vasitələrindən istifadə olunmasın. Təbiidir ki, İKT-nin tədbiqi tədris prosesinə də nüfuz etmişdir. Bu sahədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 24 avqust 2004-cü il tarixli sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” böyük istiqamətverici və səfərbəredici rol oynamışdır. Prezdentin digər sərəncamı 2008-2013-ci illəri əhatə edən “Təhsil sisteminin informasiyalaşdırılması Proqramı” bu işin vacibliyini təsdiq etmişdir. Tədris prosesində informasiya texnologiyalarının geniş tətbiqi müasir təlimin ən prioritet sahələrdən biridir. Son illərdə rayonun ümumtəhsil məktəblərində İKT avadanlıqlarına olan ehtiyacın ödənilməsi, tədris zamanı İKT-dən geniş istifadə edilməsi sahəsində xeyli işlər görulmüşdür. Təkcə son ildə İKT-nin təlimə tətbiqi ilə bağlı rayonun ümumtəhsil məktəblərinə Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsi tərəfindən 19 ədəd elektron lövhə və 100-dən artıq kompyuter və avadanlıqlar verilmişdir.
Rayon ümumtəhsil məktəblərində 642 kompyuter, 65 proyektor, 19 elektron lövhə, 50-dən artıq notbuk şagirdərin istifadəsindədir. 36 tam orta məktəb İnternetə qoşulub, bunlardan 25-i sürətli internet şəbəkəsinə qoşulmuşdur.
Təhsil sahəsində aparılan islahatlar hər bir pedaqoji işçidən fəaliyyətlərinin yeni təlim metodları əsasında qurulması və beləliklə də, kompyuterdən istifadə olunmasında ciddi dönüş yaradılmasını tələb edir. Bütün fənlərin tədrisində, həm də təhsil sahəsində İKT sistemi keyfiyyətli tədrisə geniş imkanlar yaradır. Təkcə onu demək kifayət edər ki, fənlərin tədrisində yaranan çətinlikləri aradan qaldırmaq üçün kompyuter müəllimlərə geniş imkanlar açmışdır. Tədris zamanı İKT-dən istifadə şagirdlərin təhsilə marağını artırmaqla yanaşı dərslərin daha səmərəli qurulmasına imkan yaradır.
2013-2014-cü tədris ilində müəllimlərimiz İKT vasitələrinin imkanlarından istifadə edərək respublika və beynəlxalq miqyaslı müsabiqələrdə uğur qazanmışlar. Belə ki, “Gəncliyə yardım fondu” tərəfindən keçirilən qrant layihələrində rayonumuzun coxsaylı müəllimləri iştirak etmiş, onlardan 3 nəfəri qalib gəlmişdir. Şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Pərvanə Piriyeva dəyəri 2400 AZN olan “İsmayıllı gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təmin edilməsi” layihəsində qalib gəlmişdir. Həmin məktəbin müəllimi Surə Kərimli dəyəri 1000 AZN olan “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması” və dəyəri 2800 AZN olan “Ucqar kənd müəllimlərinin sosial servislərdə aktivliyi” layihələrində qalib gəlmişdir.
Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Rövşən Əliyev və şəhər 1 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Bahar Abdullayeva 2013-cü ildə Təhsil Nazirliyinin “1 şagird – 1 kompyuter” müsabiqəsində qalib gələrək dərs dedikləri bir sinfin şagird sayı qədər notbuk və bir ədəd elektron lövhə qazanmışlar.
Azərbaycan İntellektual Klublar Assosasiyası ilə birgə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Nə? Harada? Nə zaman?” müsabiqəsində rayonun “Cavanşir yurdu” komandası III yeri tutmuşdur.
Təhsilimizdə müasir innovasiyaların tətbiqi
Şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Aytəkin Əhmədova “Şəbəkələşmiş Təhsil Mərkəzi” adlı layihədə qalib gəlmişdir.
Avropa İttifaqının “Erasmus” + və “eTvinninq Plus” kimi layihələrinə 30 nəfərədək müəllim qoşulmuşdur. Layihə çərçivəsində Polşanın Krakov şəhərində keçirilən sammitdə bir nəfər müəllimimiz iştirak etmişdir.
Rayonumuzun məktəbliləri internet vasitəsi ilə respublika səviyyəli müsabiqədə-Respublika Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə keçirdiyi “İstedadların hazırlığı laboratoriyası” II Respublika olimpiadasında iştirak etmişlər. Bu müsabiqədə də şəhər 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Adil Mirzəyev və şəhər 6 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Aydan İsgəndərli, şəhər 1 nömrəli tam orta məktəbinin X sinif şagirdi Əli Mirəliyev qalib olmuşlar.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin sponsorluğu ilə və İSTECH və NEATS şirkətlərinin dəstəyi ilə rayonda keçirilən”Qunduz” informatika və kompyuter bacarıqları müsabiqəsində şagirdlərimizin iştirakının kütləviliyi məktəblərdə İKT vasitələrinə marağın artdığını təsdiq edir. Müsabiqədə 20 məktəbdən 250 nəfərdən artıq V-IX siniflərin şagirdləri iştirak etmişdir. Hər sinifdən 5 nəfər olmaqla 1-ci beşliyə düşmüş, 5 nəfəri isə I yerə layiq görülmüşdür.
Lahıc qəsəbə tam orta məktəbinin fizika müəllimi Rövşən Əliyev və şəhər 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Təranə Məmmədova Türkiyə Respublikasında keçirilən “Təhsil simpoziumu”nda iştirak etmiş və elmi-pedaqoji mövzularda məruzələr etmişlər.
Lahıc qəsəbə tam orta məktəbinin fizika müəllimi Rövşən Əliyevin 2014-cü ildə 7-i sinif üçün tərtib etdiyi “Fizika “dan dərslik komplekti Təhsil Nazirliyində müsabiqədə 128 bal toplayaraq qalib gəlmişdir.
Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən “Promethean” interaktiv lövhə, eyni 2013-cü ildə informatikadan bacarıq və biliklərini nəzərə alaraq Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi Lahıc qəsəbə tam orta məktəbinə “Prometian” lövhə və 4 kompyuter dəsti verilmiş və informatika kabineti ən müasir cihazlarla təmin edilmişdir.
Təhsil Nazirliyi tərəfindən keçirilmiş informatika üzrə “ALPLOQO-2014” Respublika müsabiqəsində şəhər 2 nömrəli tam orta və Cülyan kənd tam orta məktəbinin VI sinif şagirdləri qalib olmuşlar.
Bu sahədə müəllimlərin İKT bacarıqlarının artırılması məqsədi ilə Təhsil Nazirliyinin xətti ilə bir sıra təlimlər keçirilmişdir.
Təhsil sektorunun inkişafı layihəsinin yerinə yetirilməsi ilə əlaqədar təsdiq edilmiş Fəaliyyət Planına uyğun olaraq 2014-2015-ci il tədris ilində rayonun ümumtəhsil məktəblərində işləyən 1551 nəfər müəllim heyətindən 1331 nəfəri kurikulum kursundan keçmiş, ibtidai sinif və V, VI, VII siniflərdə dərs deyəcək digər müəllimlərin yaxın vaxtlarda kursdan keçməsi planlaşdırılmışdır.
“Mədət Azərbaycan” MMC və AR Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında imzalanmış 19 sentyabr 2013-cü il tarixli 03 №-li müqavilə üzrə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbində 31 nəfər müəllim “Fənlər Üzrə Elektron Təhsil Resurslarının hazırlanması”, həmin təşkilatın dəstəyi ilə “Həmkara Dəstək” layihəsi üzrə 15 müəllim təlim kuslarından keçmişlər.
Cənab nazirin əmri ilə 2012-2013 –cü tədris ilindən şəhər 1 nömrəli tam orta məktəbi “Elektron məktəb” layihəsinə qoşulmuşdur. 11 aprel 2014-cü il tarixdən məktəbin bütövlükdə elektronlaşması sahəsində təlim kursları “Mədət Azərbaycan” MMC və AR Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən “Elektron məktəb” layihəsinə, 27 may 2014-cü il həmin təşkilat tərəfindən oxşar məqsədlə İntel “Gələcək üçün təhsil” layihəsinə qoşulmuşdur.
Təhsil Nazirliyi təhsil sisteminin pedaqoji heyətinin informasiya-kommunikasiya texnologiyaları üzrə savadlılığının artırılmasına yönəlmiş treninqlər həyata keçirir. Bu baxımdan ümumtəhsil məktəblərinin pedaqoji heyətinin “Promethean interaktiv texnologiyalarının tədrisində tətbiqi” üzrə təlimdə iştirakı təmin edilmişdir.
Vəfa Ağayeva,
İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz