“Heykayəti-Xırs Quldurbasan” komediyası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il tarixli Sərəncamına və 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Respublikamızın bölgələrinə qastrol səfərinə çıxıb.

Kollektiv Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki və Oğuz rayonlarının ardınca iyul ayının 3-də İsmayıllıda olub. Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirov, bəstəkarı Firidun Allahverdi olan, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun “Heykayəti-Xırs Quldurbasan” komediyasını, aktyorlardan Şövqi Hüseynov, Natiq Fərzəliyev, Elnur Kərimov və Seyidşah Məmmədov tamaşaçılar qarşısında böyük bacarıqla nümayiş etdirib. Tamaşaya İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, ayrı-ayrı müəssisələru təmsil edən rayon ictimaiyyətinin nümayəndələri maraqla baxmışlar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz