Şəhərsalmaya aid seminar

İyul ayının 14-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Məhkəmə və hüquq islahatlarının dəstəklənməsi layihəsi” çərçivəsində 2013-cü il yanvar ayının 1-də qəbul edilən “Azərbaycan Respublikasının Şəhərsalma və tikinti məcəlləsi”nin tətbiqi məsələlərinə həsr edilən seminar keçirilib.

Seminarda hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları iştirak edib.
Seminarda çıxış edən Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kazımov məcəllənin Prezidentin göstərişi ilə hazırlandığını deyib: – Sənədin hazırlanmasında beynəlxalq təcrübədən istifadə olunub. Eyni zamanda beynəlxalq ekspertlər iştirak ediblər. Məcəllənin əsas istiqamətlərindən biri ərazilərin inkişaf istiqamətinin müəyyən olunması, ərazilərdə səmərəli istifadənin və dayanıqlı inkişafın təmin edilməsidir. O bildirib ki, şəhərsalma fəaliyyətinin həyata keçirilməsi zamanı ərazilərin dayanıqlı inkişafı və müxtəlif iqtisadi, sosial, ekoloji faktorların nəzərə alınması və balanslaşdırılması təmin edilməlidir. S.Kazımov hansı ərazidə necə tikinti aparıla biləcəyi, tikinti fəaliyyətinin subyektləri, peşə sahələri, tikintiyə dair ümumi tələblər, təhlükəsizlik, layihələrin ekspertizası məsələləri haqqında da ətraflı məlumat verib.
GİZ-in “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin rəhbəri Şakir Səfərbəyov sorğu vərəqələri ilə bağlı məlumatları seminar iştirakçılarının nəzərinə çatdırıb.
RİH-in hüquq şöbəsinin müdiri Xətai Abbasov əldə edilən yeni məlumatların həyata keçiriləcək işlərdə tətbiq ediləcəyinə ümidvar olduğunu bildirib və tədbirin təşkilatçılarına minnətdarlığını çatdırıb.
Ç.Bəhərçinli

Şərh Yaz