Daha çox kitab oxuyaq

İsmayıllı Psixologiya Mərkəzinin təşkilatçılığı ilə iyul ayının 12-də rayonun Bayraq meydanında “Kitabları dəyişək daha çox kitab oxuyaq” adlı aksiyası keçirilib.
Aksiyaya İsmayıllının yazarlarından bir qrupu, eləcə də gənc kitabsevərlər qatılıblar.
İsmayıllı Psixologiya Mərkəzinin direktoru, gənc yazıçı Firuzə Çiçək çıxış edərək bildirib ki, aksiyanın keçirilməsində əsas məqsəd gənclərdə kitaba daha çox həvəs yaratmaq, ictimai həyatda fəal iştirak etməyə cəlb etmək, azad söz demək, fikir yürütmək bacarıqlarının inkişaf etdirilməsinə köməklik göstərməkdən ibarətdir.

Daha çox kitab oxuyaqDaha çox kitab oxuyaq

“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, şair-publisist Şahməmməd Dağlaroğlu, tanınmış şairlərimiz Oqtay İsmayıllı, Hacıməmməd Məmmədov, Xalıq Yusifoğlu, Xatın çıxış edərək təşəbbüskarlara təşəkkür edib, şeirlərindən nümunələr səsləndiriblər.
Təcrübəli jurnalist Bəybala Babayev kitab oxumaqla, oxumamağın fərqli cəhətləri barədə danışıb.
Kitabsevər gənclər sevdikləri şairlərin şeirlərini söyləyiblər.
Ənənəvi kitab aksiyalarından fərqli olaraq ədəbiyyatla bağlı viktorina keçirilib, qaliblərə kitablar hədiyyə edilib.
Sonda tədbirə qoşulanlar oxuduqları kitablara ürək sözlərini yazaraq, digər iştirakçılarla dəyişiblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz