Vətən

Vətənpərvərlik ən dərin hörmətə layiq bir keyfiyyətdir. Bu hiss suyunu içib, torpağında böyüyən hər insanda olmur. Yaddaşlarda o insan qala bilər ki, Vətənə, xalqa, haqqa-ədalətə olan məhəbbəti, bununla yanaşı mənfiliklərə, naqisliklərə olan sonsuz nifrəti açıqdan açığa duyulsun və görülsün. Ağami Bağırlı da məhz bu cür keyfiyyətlərə malik olan, sözə dəyər verən insanlardandır. Şair Şahməmməd Dağlaroğlunun redaktorluğu ilə onun yeni çapdan çıxmış “Vətən” adlı kitabı bunun sübutudur.
VətənVətən
Vətənpərvərlik ən dərin hörmətə layiq bir keyfiyyətdir. Bu hiss suyunu içib, torpağında böyüyən hər insanda olmur. Yaddaşlarda o insan qala bilər ki, Vətənə, xalqa, haqqa-ədalətə olan məhəbbəti, bununla yanaşı mənfiliklərə, naqisliklərə olan sonsuz nifrəti açıqdan açığa duyulsun və görülsün. Ağami Bağırlı da məhz bu cür keyfiyyətlərə malik olan, sözə dəyər verən insanlardandır. Şair Şahməmməd Dağlaroğlunun redaktorluğu ilə onun yeni çapdan çıxmış “Vətən” adlı kitabı bunun sübutudur.
Ağami Bağırlı 1944-cü ildə İsmayıllı rayonunun Kənəə kəndində anadan olub. Orta təhsilini Lahıc qəsəbə məktəbində alıb. ADPU-nun filologiya fakültəsini bitirdikdən sonra müəllim kimi müxtəlif məktəblərdə çalışıb.
“Vətən” kitabı şairin çapdan çıxmış dördüncü kitabıdır.
Bundan öncə müəllifin “Vətən çağırır”, “Zuhunmuniş hi, duhunmuniş hi”, “Xuta birom bə tati” kitabları işıq üzü görüb.
Ağami Bağırlı şagirdlərin sevimli müəllimi, şeirləri dillər əzbəri olan şair kimi tanınır:
Əgər verilsəydi mənə ixtiyar,
Günəşi cahanda ana yazardım.
Parlaq ulduzları düzüb yan-yana,
Sonsuz asimanda “Ana!” yazardım.
Vətən
Oxuculara təqdim olunan kitab məhz bu şeirlə açılır. Səhifədən-səhifəyə, şeirdən-şeirə keçdikcə, şairin anaya, Vətənə olan sevgisi aydın görünür.
A.Bağırlının yaradıcılığında xəlqiliyin çevrəsi geniş, kökləri dərindir. O, qələmə aldığı hər bir şeirdə adət-ənənələrin qorunması, təbliği məsələsini diqqətdə saxlayır, işlətdiyi ifadələrin el deyimi şəklində olmasına çalışır.
Müəllifin söz meydanının genişliyi ona şeirin istənilən formasına müraciət etməyə imkan verib. Heca və ya sərbəst vəzndə yazılmış şeirləri, qoşması, ustadnaməsi, gəraylısı, təcnisi lakonik və dolğundur.
Şair kiçik şeirə sığışdıra bilmədiyi fikirləri, süjetli şəkildə qələmə aldığı poemalarında böyük ustalıqla verə bilmişdir. Vətənə məhəbbətdən yaranan “Ana Vətən”, “Azadlığa gedən yollar qan içində” poemaları yurdsevərliyin dərəcəsini əks etdirir.
Müəllifin şeir dili sadə və axıcıdır. Doğma yurdun təsviri, yaxşı insanların tərifi onun istənilən qələm nümayəndəsinə ustalıqla verilib. Odur ki, kitabın oxucu rəğbəti qazanacağına inanırıq.
İsmayıllı əzbəridir dillərin,
Qardaşlığın qalası var bu yerdə.
İllər keçsə qəhrəmanlıq yox olmaz,
Cavanşirin obası var bu yerdə…

Qartalların qıy vurduğu zirvələr,
Vahiməli, dərin, dibsiz dərələr,
İstəsəniz göstərərəm nə qədər
Qızılgülün butası var bu yerdə.

İstəyirsən bu dünyanı gəz, dolan
Bura heyran olur bir dəfə olan.
Dağlarında daşlarında səs salan
Kəkliklərin sonası var bu yerdə.

Sərin sular nəğmə deyir aramsız,
Hər tarlanın ulduzudur oğlan, qız.
Bu torpağa ayaq basma salamsız,
Nənələrin həyası var bu yerdə.

Harda olsan duyacaqsan xoş ətir,
Dindiyində bülbül tutub gül çətir.
Eh, nə sayım mən bunları birbəbir,
Gözəlliyin topası var bu yerdə.
Ç.Bəhərçinli

Şərh Yaz