Ömürdən naxışlar

1953-cü ilin 2 iyulunda parlaq Ayın işığı ilə yerin, göyün bəyaz lığa büründüyü, süd kimi ağ bir gecədə dünyaya çox körpələr gəldi. Həmin vaxt bu kəndin bir övladı da doğuldu: Hümbət dayının və Züleyxa xalanın üçüncü uşaqları oldu. Dünyanın bəmbəyaz möcüzəsinə heyran qalıb uşağa Aydın adı verdilər. Ad verənlərin ürəyinə nəsə dammışdı, sanki. Bu adı onun nurlu çöhrəsinə, ömrünün mənasına, dünyaya, insanlara, şəfqətlə dolu ürəyinə yaraşdırmışdılar. Doğulduğu gecənin bəyazlığından bir parçanı ürəyinə həkk edən uşaq böyüdükcə onunla birgə bu işıq da böyüdü, bütün dünyaya, insanlığa nur paylayan günəşə çevrildi.
Ömürdən naxışlarÖmürdən naxışlar

Birinci naxış
1953-cü ilin 2 iyulunda parlaq Ayın işığı ilə yerin, göyün bəyaz lığa büründüyü, süd kimi ağ bir gecədə dünyaya çox körpələr gəldi. Həmin vaxt bu kəndin bir övladı da doğuldu: Hümbət dayının və Züleyxa xalanın üçüncü uşaqları oldu. Dünyanın bəmbəyaz möcüzəsinə heyran qalıb uşağa Aydın adı verdilər. Ad verənlərin ürəyinə nəsə dammışdı, sanki. Bu adı onun nurlu çöhrəsinə, ömrünün mənasına, dünyaya, insanlara, şəfqətlə dolu ürəyinə yaraşdırmışdılar. Doğulduğu gecənin bəyazlığından bir parçanı ürəyinə həkk edən uşaq böyüdükcə onunla birgə bu işıq da böyüdü, bütün dünyaya, insanlığa nur paylayan günəşə çevrildi.
Ömürdən naxışlar
İkinci naxış
1970-ci ildə Hacıhətəmli kənd orta məktəbini bitirib elə burada da pioner baş dəstə rəhbəri işləməyə başladı.
1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) tarix (qiyabi) fakültəsinə qəbul olundu. Sonrakı illərdə əmək kitabçasına müxtəlif ünvanlar yazıldı: 1972-ci ildə İsmayıllı İstehsalat Kombinatında fəhlə, 1973-1974-cü illərdə İsmayıllı Rayon Xəstəxanasında fəhlə, 1974-1975-ci illərdə Bakı Şəhər Əlvan Metallurgiya Birliyi Təmir-Tikinti Quraşdırma İdarəsində fəhlə, 1975-1976-cı illərdə İsmayıllı şəhər 3 saylı orta məktəbində tarix müəllimi, 1976-1977-ci illərdə Azərbaycan SSR Abidələri Könüllü
Mühafizə Cəmiyyətinin İsmayıllı Şöbəsində təlimatçı.
Onun həyatında tez-tez dəyişilən yalnız iş yerləri oldu.Xarakterindəki bütövlük, işinə dərin məsuliyyətlə yanaşması, ünsiyyət qurduğu insanların dərin məhəbbətini qazanması isə dəyişilməz qaldı.

Üçüncü naxış
İllər ötdükcə, yaş üstə yaş gəldikcə həyatının yeni səhifələri açıldı, ömrünə yeni-yeni solmaz, silinməz naxışlar vuruldu.
Ömürdən naxışlar
1977-ci ildə milli-ideoloji düşüncələrimizin, mənəvi-əxlaqi dəyərlərimizin mükəmməl təbliğatçısı və keşikçisi, zəngin tarixi keçmişi və tədris ənənənəsi olan, dünyanın əksər qabaqcıl ölkələrində tanınan, təhsilimizin baş məbədini – Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirdi. 1979-cu ildə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunda təhsilini başa vurdu. Sanki uçmağa qanadı yox idi. Artıq ürəyincə olan iş yolları başlanırdı.
Həmin illərdə Azərbaycan Yazıçılar İttifaqının ədəbi orqanlarında –“Ədəbiyyat və incəsənət” qəzeti və “Azərbaycan” jurnalı redaksiyalarında ədəbi işçi kimi fəaliyyət göstərdi. Eyni zamanda “Ulduz”, “Azərbaycan” jurnallarında, respublikanın digər mətbu orqanlarında müntəzəm olaraq bir-birindən maraqlı və sanballı yazıları dərc olunurdu.
1979-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başladı. Elə həmin il SSRİ Jurnalıstlər İttifaqının üzvü seçildi.
Həmin illərdə şəxsi həyatında da xoş dəyişiklik oldu. Bir el gözəlini ömür-gün yoldaşı seçdi. El adəti ilə toy edib, ailə səadətinə qovuşdu. Bir–birinin ardınca iki gül balası – Aygün və Ayaz dünyaya gəldi. Bütün bunlar da onun yazıb–yaratmaq arzularına bir təkan oldu.
Elmə sonsuz marağı olan Aydın Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasına daxil oldu. 1980-1982-ci illərdə Moskva şəhəri Mixluko-Maklay adına Etnoqrafiya İnstitutunda təcrübə keçdi.
1986-cı ildə Minsk şəhərində “Formirovaniye naseleniya q. Sumqaita i mejnasionalnoye kulturno–bıtovıye kontaktı “(Sumqayıt şəhəri əhalisinin formalaşması və millətlərarası mədəni–məişət əlaqələri”) mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi aldı. Həmin ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda baş elmi işçi kimi çalışmağa başladı.
1988-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvü seçildi.
Ömürdən naxışlar
Dördüncü naxış.
Aydının ölümündən bir az sonra respublika televiziyasına müsahibə verərkən Azərbaycan Milli EA-nın prezidenti Eldar Salayev qeyd etdi ki, “Elm” qəzetinin nüfuzunu qaldırmaq üçün redaktor barədə çox fikirləşdik, çox şeyi götür-qoy etdik. Lakin axırda Aydının üzərində dayandıq. Sonradan məlum oldu ki, biz yanılmamışıq. O, bizim ümidlərimizi layiqincə doğrultdu. Sonralar redaksiyanın nəzdində “Tarix” qəzeti də çap olundu.
Aydın, eyni zamanda hər iki qəzetin baş redaktoru kimi fəaliyyət göstərdi.
Yazılarında heç kimə bənzəməyən dəst-xətti var idi Aydının.“Elm” qəzeti isə milli–mənəvi-əxlaqi dəyərlərimizin qorunmasında, xalqımızın demokratik düşüncəsinin formalaşmasında və inkişafında xüsusi rol oynamışdır. Ətrafına topladığı qələm sahiblərinin “müdrik ağsaqqalı” olan Aydın bir məsələni yaxşı başa düşürdü ki, Azərbaycanın nüfuzlu elmi müəssisəsi olan Elmlər Akademiyasının mətbu orqanı adına layiq, insanların həqiqətə tapındıqları, ümidlərinin doğrulduğu bir məbədgah olmalı, inamlarının qırılmasına yol verməməlidir. İstedadlı jurnalistin, gənc alimin səyi, yorulmaz axtarışları nəticəsində qəzet artıq dar çərçivəyə sığmırdı.
Ürəyini Danko kimi məşəl edən vətən övladları çıxış edirdilər bu qəzetdə. Xalqın qəsdən unudulan tarixini, vətənpərvər övladlarının fəaliyyətini canlandırırdı bu qəzet. Dərc etdiyi təzə idi, yeni idi. Xalqın tarixi–mənəvi yaddaşını qaytarır, özünə inam hissini artırırdı. Buradakı yazılar publisistik üslubun bütün yaxşı xüsusiyyətlərini özündə ehtiva edirdi.
Yaşından, təhsilindən asılı olmadan hamının qəlbinə yol tapır, haqq və ədalət deyilən bir məfhumun işığına üz tuturdular.
İnsanların çox vaxt çaşıb qaldığı bir vaxtda qəzetin cəsarətli çıxışları, dilimizlə, tariximizlə, Qarabağ hadisələri ilə bağlı dürüst məlumatlar hər kəsin qəlbində gələcəyə inam, ümid qığılcımı yandırırdı.
Aydın isə hər işdə əsl fədakarlıq, təmənnasızlıq nümunəsi idi. Bir an da olsa, özünə yer tapa bilmir, doğma Vətənimizin ən çətin günlərində milli- azadlıq hərəkatında canıyananlıqla, bütün qəlbi ilə iştirak edir, başqalarının qorxudan gözləmə mövqeyində durub yazmadıqlarını mətbuat səhifələrinə çıxarır, bu çətin məqamlarda insanların ümidlərinin qırılmasına yol verməməyə çalışır, əsl həqiqətləri təkcə doğma dilimizdə deyil, bir çox beynəlxalq dillərdə dünyaya çatdırmaq üçün gecəsini–gündüzünə qatır, “yoruldum”, – demirdi. Təkcə onu qeyd edək ki, hərənin bir cür yozduğu Qarabağ və Sumqayıt hadisələri haqqında akademik İqrar Əliyevin “Naqornıy Karabax” (“Dağlıq Qarabağ”) silsilə məqalələri, akademik Ziya Bünyadovun “Poçemu Sumqait? ” (“Nə üçün Sumqayıt?”) yazısı ilə dünya, insanlar əsl həqiqəti öyrənə bilmişdi. Bu, o dövr üçün böyük fədakarlıq nümunəsi idi. “Elm” qəzetinin özü isə Azərbaycan elminin flaqmanı olan Elmlər Akademiyası səmasında parlaq işıq saçan, işıqlı bir sabahın açılmasına işarə olandan ulduzu idi.
Aydın öz xalqının böyük vətənpərvəri idi. Qarabağ torpaqlarının azadlığı, vətənin bütövlüyü uğrunda gecə-gündüz rahatlıq bilmədən çalışırdı. Əslində başqa səlahiyyətləri olmasa da, cəbhə bölgələrindəki insanlara ülfət və mehribanlığı, səmimiliyi, qələmindən çıxan yanğılı yazıları ilə kömək etməyə, təskinlik verməyə, nikbin bir gələcəyə ruhlandırmaga çalışırdı.
Onun ən çox ziyarət etdiyi yerlərdən biri qaçqın düşərgələri və hospitallar idi.
Ömürdən naxışlar
Beşinci naxış.
“Biri vardı, biri yoxdu…” Nə qədər bu nağılların sehrinə düşüb xəyallara dalmış, xoş arzularla gələcəyə qanadlanmışıq. Özümüzü nağıl qəhrəmanlarına bənzətməyə çalışmışıq. Onda hər şey bizim üçün əsrarəngiz olub: arzularımıza uyğun. Çünki bütün nağıllar xoş sonluqla bitərdi.
Bəzən nakam, nurlu bir ömür sahibini xatırlayanda da belə başlayırıq söhbətimizə. Lakin bu nağıl qəhrəmanlarının taleyi onuyaradanlardan asılı olmayaraq faciəvi sonluqlu olur.
Həmin günəşli mart gününün səhəri, sanki, təbiət də, dünya da nə etdiyini bilincə, sarsıldı. O qədər sarsıldı ki, göz yaşları buza döndü. Yandırıcı, günəşli bir gündən sonra yağışlı–qarlı bir gün gəldi. Qəbrinin üstünə yağmış “gül yağışı” bəmbəyaz qara büründü. Yaxınları, doğmaları şair dostu Taleh Həmidin “Bu yaz çiçəklərinə görən niyə qar yağır?” nisgilli şeiri ilə göz yaşı tökdülər. Təbiət ağladı, insanlar ağladılar.
Lakin fəqət… cismən bir daha geri qayıtmadı. Mənən isə qəlblərə köçdü. Onu tanıyanların, haqqında eşidənlərin qəlbində yaxşı insan adına nur çırağı yandırdı.

Şərh Yaz