Ömrün baharında…

On doqquz ildir Aydın aramızda yoxdur, ancaq az qala, mən hər gün Aydını görürəm. Ötən günlərə baş vururam – Aydının aydın, gülümsər çöhrəsi o xatirələrə aydınlıq gətirir. Toyda, yasda, küçədə dost-tanışla rastlaşırıq. Xoş-beşdən sonra dərhal Aydın yada düşür.
Ailəsini soruşurlar, uşaqları ilə maraqlanırlar. Aydın qədər xatırladığım ikinci adamım yoxdur. Çünki bütün keçmişimdə Aydın var, Aydını unutmaq – o illəri, o xatirələri, o hadisələri unutmaq deməkdir. İlk dəfə 1973 cü ilin ilk günlərində “Zəhmətkeş” qəzetinin redaksiyasında görüşmüşük. Mən onuncu sinifdə oxuyurdum, Aydın universitetin birinci kursunda qiyabiçi idi. Mənim nəzərimdə Aydından xoşbəxt adam yox idi. Boylu-buxunlu, yaraşıqlı, istiqanlı, istedadlı oğlan idi, ara-sıra şeirləri çap olunurdu. Qılıqlı idi,
adamlarla asanlıqla ünsiyyət yarada bilirdi. Mənimçün Aydınla görüşmək, söhbət etmək maraqlı idi və biz saatlarla İsmayıllının küçələrini gəzirdik. Bir çox şeyləri, xüsusilə, yeni ədəbiyyatla, poeziya ilə bağlı məsələləri mən o illərdə Aydından öyrənirdim.

Ömrün baharında...Ömrün baharında…

Ömrün baharında...
O illərdə Yazıçılar İttifaqında istedadlı gəncləri seçib yığmaq, diqqət və qayğı göstərmək məqsədi ilə bir müsabiqə keçirildi, otuz nəfər müsabiqə qalibi arasında biz ikimiz də vardıq. Yazıçıların Şüvəlandakı Yaradıcılıq Evində bir ay seminar-müşavirə keçirildi. Aydının çox maraqlı və təzə düşüncə tərzi vardı. Yazıları da maraqla qarşılanırdı. Ancaq elə o seminardan hiss etdim ki, Aydın poeziyadan yavaş-yavaş uzaqlaşır, get-gedə tarixə, elmə daha çox maraq göstərir.
Sonralar o, aspiranturaya girdi, mən isə Moskvaya Ədəbiyyat İnstitutuna getdim. Deyəsən, mən üçüncü kursda olanda, o da Moskvaya gəldi -Tarix İnstitutuna, ikiillik elmi təcrübəyə. Tez-tez görüşürdük. Hər bazar günü yataqxanamıza gəlirdi, gələ bilməyəndə zəng edərdi ki, gəlməyəcəyəm, narahat olmayın. Hər dəfə gələndə də azərbaycanlı aspirantlardan kimsə yanında olurdu. Xoşlayırdı ki, dostları, tanışları bir-birini tanısın. Ümumiyyətlə, Aydının dost-tanışı çox idi və xoşlayırdı ki, onları bir yerə yığsın, toplasın.
Bakıda Şərq bazarının yaxınlığında Aydının bir balaca otaqdan ibarət mənzili vardı. O mənzildə kimlər olmamışdı?! Bəzən on-on beş nəfər yığışardıq. Rübabənin bir ucdan bişirib gətirdiklərini dəyirman kimi üyüdərdik.
Aydının həyat yoldaşı Rübabə ilə mənim yoldaşım Çiçək orta məktəbin yuxarı siniflərində bir yerdə oxumuşdular, Aydın da onlara tarixdən dərs demişdi. Aramızda bir kirvəlik əhvalatı da olmuşdu:
oğlanlarımı Aydın tutmuşdu. Buna görə də evimizdə Aydının xüsusi hörməti vardı. Ölümündən üç-dörd gün əvvəl ailəliklə evlərinə getmişdik. Ramazan ayı idi, Aydın da oruc tutmuşdu. Zarafatlaşdıq, sataşdım: ”Sən hara, oruc hara, yekə oğlansan, özünə iş tap… ” Nəsə… Bu bizim görüşüb içmədiyimiz ilk görüşümüz oldu. Həm də son görüşümüz.
Bir neçə gündən sonra həmin məşum xəbəri – Aydının yoxluğunu eşitdik.

Ömrün baharında...

Maarif Soltan
şair

Şərh Yaz