Yerlibaz həmyerlim

Qılıqlı, xoşrəftar, dostcanlı, ailəcanlı, bir də ki, yerlibaz idi. “Yerlibaz” sözündən səksənib də, bəzi skeptiklər biri-birinə göz basmasınlar. Yerlibaz idi, yəni o mənada ki, öz ismayıllısını bacarıqlı, işgüzar, istedadlı, öndə gedən görmək istəyirdi. İstəyirdi, hər yerdə ismayıllılığı ilə fəxr etsin. İsmayıllı nə olan şeydi məgər bir quru torpaq, uzağı gözəlliklər məskəni adlana biləcək səfalı bir məkan, bir coğrafi ərazi. Anamız Yer səthində ondan gözəlləri də var, ondan geri qalanları da. Amma dünya nemətlərinin ən alisi insandır və təbiət gözəlliklərini də duyan, dərk eləyən, dilə gətirən odur. İnsansız bu dünyanın nə dadı, nə duzu? Bax , o, ismayıllılar hər şeydən öncə belə görmək istəyirdi, yəni İNSAN kimi. Burda nə pis iş var ki? Bir də bu elə hamının, lap elə bəşər məxluqunu dünyaya gətirən o UCA varlığın da arzusu deyilmi? Arzu bir yana. Çoxları çox şey arzulaya bilər. Bir də var, arzusu yolunda özünü oda-közə vuran, onun reallaşması üçün faktiki iş görən, təmənnasız, kimsədən “sağ ol” gözləmədən addım atanlar. Aydın Hümbət oğlu Səlimzadə İsmayıllının belə oğullarından idi. Yurduna (İsmayıllıya), Vətəninə gərək olan, onların adını doğrultmağa qadir fərasətli, istedadlı həmyerlilərini uzaqdan, özü də bir baxışdan tanımaq qabiliyyəti vardı. Belələrini görəndə fəxr duyar, orda-burda öyünər, özünü bir yana qoyub onları təbliğ edərdi.
Yerlibaz həmyerlimYerlibaz həmyerlim

Ömür boyu qabiliyyətli olmağın yollarını aradı Aydın. Buna nail olmağın əlacınısa yalnız və yalnız gecəli-gündüzlü çalışmaqda, dünya biliklərinə yiyələnməkdə gördü. Mən onu konkret bir sahəyə, bir peşəyə aid etməkdə çətinlik çəkirdim. Hər sahədən xəbərdar, hər sahə üzrə mütəxəssis qismində görürdüm onu. Çünki savadlıydı, məlumatlı idi. Elə çalışqanlığı sayəsində də 42 illik ömrünün son baharına – 1995-ci ilin martınacan çox şeyə nail olmuşdu. Ev-eşiyə, gözəl ailəyə, gül parçası kimi balalarına. Jurnalistlər və Yazıçılar birliyinin üzvü idi. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix elmləri doktoru seçilmişdi. “Elm” qəzetinin baş redaktorluğunu ləyaqətlə aparırdı. Qələmini həm publisistikada, həm də ədəbiyyat sahəsində sınayırdı. Qısa yaradıcılıq ömrü ərzində “Palıd vüqarı”, “Su səmtinə axar” kimi iki kitab da nəşr etdirə bildi. Daha çox elmi təfəkkürə malik olsa da, həyata şair gözüylə baxmağı da bacarırdı və yan–yörəsində gördüklərini qafiyəli biçimdə bəyan edə bilirdi. Həyatdan vaxtsız getmiş istedadlı şairimiz Əli Kərimə ithaf etdiyi şeirindəki:
Dəfninə gəlmişdim bir dağ kəndindən
Lənət bu yaşıma … Nələri gördüm
Gözlər sığışmırdı hədəqəsinə”.
yaxud:
“Oğlu cəbhəyə getdi
Gözləri qara idi.
Ana qocalmamışdı.
Saçları qara idi.
Saçlarına baxardı
Oğlu yada düşərdi.
Düşmənlə döyüşərdi”.
* * *
“Nə yaxşı çalınır bu kənd toyları
Sümüyü oynadır çılğın “Qaytağı”
Kəndin şəhərlərdə itən oğlunu
Bir günlük olsa da, geri qaytarır”
və s. kimi onlarla, yüzlərlə bəndlərin, misraların, şeirlərin müəllifi idi Aydın.
Heç bilmədim həyatıma haradan, nə zaman daxil oldu. Bir onu bildim ki, sanki, Nuh əyyamından bəri mənimlədir, içimdə, varlığımdadır. Nə zamansa elədiyim bir hərəkəti, yazdığım bir yazını, unutduğum bir hadisəni mənə xatırladar, başlıcası isə yaşda məndən xeyli kiçik olsa da cürət eləyib özünün alim ağlı ilə məni ruhlandırar, dayanıb–durmadan yazmağa səsləyər, hətta öyüd–nəsihət verərdi. Yuxarıda demişdim ki, qılıqlı, dostcanlıydı. Neçə müşkülümün yoluna düşməsinə yardımçı olmuşdu. ara–sıra görüşsək də, qəribədir ki, həyat yolumdan, yaradıcılığımdan, uğur və itkilərimdən hamıdan artıq xəbərdar idi. Uzun illər redaktoru olduğum Azərbaycan radiosunun “Bulaq” proqramının daimi dinləyicilərindən idi. İsmayıllının yer–yurd adlarının mənşəyi, tarixi abidələri, qalaları, dağları, çayları barədə tutarlı dəlillərlə dolu çıxışlarını “Bulaq”da çox səsləndirmişəm…..
(İxtisarla)
Yerlibaz həmyerlim
İntiqam Mehdizadə
BDU-nun müəllimi

Şərh Yaz