Köhnə dostlar

“Əski dostlar, əski dostlar… ” deyə oxunur çərxi-fələyin içindən gələn bir türk şərqisində… Hər dəfə o nəğməni dinləyəndə bu dünyadan cavan gedən dostum Aydın Səlimzadə yadıma düşür.
Köhnə dostlarKöhnə dostlar

“Əski dostlar, əski dostlar… ” deyə oxunur çərxi-fələyin içindən gələn bir türk şərqisində… Hər dəfə o nəğməni dinləyəndə bu dünyadan cavan gedən dostum Aydın Səlimzadə yadıma düşür.

Biri-birimizin baxtına,
Kim deyir, göydən düşərik?-
Yetişib şahlıq taxtına
Bir də çətin görüşərik-
Köhnə dostlar, köhnə dostlar.

Nə boyda dərd bitirmişik,
Can qoymuşuq dərd yolunda.
Biz zamanı itirmişik
Halal ömrün sərt yolunda,
Köhnə dostlar, köhnə dostlar.

Baş götürüb qaçdıq duza–
O sevdalı qatar hanı?
Fələk vurdu ağzımıza
Çaralqanı, qantarqanı…
Köhnə dostlar, köhnə dostlar.

Belimizi əyib bizim,
Qəlbimizi qan elədi,
Kim bu günə qoyub bizi,
Kim bizi xortdan elədi–
Köhnə dostlar, köhnə dostlar?

Nəyi taqdıq şükür dedik,
Şirin, acı, ya turş… yedik,
Ata getdi dillənmədik,
Anamızı qurd-quş yedi–
Köhnə dostlar, köhnə dostlar!…

Saçlar gümüş, ürək qızıl–
Bükülmüşük yarpaqlara,
Uca boylu fələk üzür
Atır bir-bir torpaqlara…
Köhnə dostlar, köhnə dostlar!

…Sonra ağı – sinə dağı
Hanı o bağ, hani bostan?
Unudulur köhnə nağıl
Yaddan çıxır köhnə dastan–
Köhnə dostlar, köhnə dostlar.
Köhnə dostlar

Vaqif Bəhmənli
şair

Şərh Yaz