İş yoldaşımızın xatirəsi

Yaxşı adamlar haqqında söhbət açmaq həm asandır, həm də çətindir. Asandır ona görə ki, ürəyin yaxşı fikirlərlə doludur, nə qədər istəsən, danışa bilərsən. Çətindir ona görə ki, istədiklərinin heç mində birini də demək imkanına malik deyilsən. Belə insanlardan birini də biz itirdik. Xeyirxahlıq mücəssəməsi idi bu qəribə insan! Nəinki özündən kiçiklər, hətta özündən böyüklər də çox şey öyrənirdi Aydından.
1953-cü ildə anadan olmuşdu Aydın Səlimzadə. Adı kimi, ömrünün, yaşamağının mənası da aydın və işıqlı idi. Çöhrəsi nurdan yaranmışdı elə bil: həmişə məğrur, nikbin, diqqətli, yanımcıl və səmimi. Zəhmətdən yoğrulmuşdu Aydın! Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi.

1977-ci ildən etibarən “Ədəbiyyat və incəsənət” qəzetində, ”Azərbaycan” jurnalında əməkdaşlıq etmiş, ilk ədəbi–publisistik yazılarını dərc etdirmişdi.
1979-cu ildən Azərbaycan EA-nın Tarix İnstitutunda çalışırdı. Tarix elmləri namizədi idi. Etnoqrafiya sahəsindəki tədqiqatlarının yekunları kimi, xeyli məqalə və kitab çap etdirmişdi.
Aydın Səlimzadə 1989-1992-ci illərdə “Elm”qəzetinin baş redaktoru olarkən özünü istedadlı jurnalist və təşkilatçı olduğunu sübut etdi. Bu illər “Elm” qəzetinin milli–mənəvi irəliləyişimizdə, demokratik fikrin inkişafında öz mövqeyi və rolu oldu.
Aydın Səlimzadə son illərdə Azərbaycan EA prezidentinin mətbuat üzrə köməkçisi, “Elm və həyat” jurnalının baş redaktoru kimi elmimizin təbliği sahəsində səmərəli fəaliyyət göstərirdi, respublika mətbuatında kəsərli yazıları ilə çıxış edirdi.
Gözəl insan, istedadlı alim–jurnalist Aydın Səlimzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Biz qələm dostumuz, əziz iş yoldaşımız Aydın Səlıimzadəni yad etməklə bərabər, qəbrini ziyarət etməyi də mənəvi borc sayırıq.
Mərhumun qəbrinin sinə daşında həkk olunmuş aşağıdakı misraları həyəcansız oxumaq, onu yaxından tanıyanlar üçün çox çətindir:
Burda candan ayrı düşən can yatır,
İki nişanədən nigaran yatır.
Burda nurdan doğan bir insan yatır,
Ümid çırağımız bir də tapılmaz.
Qəbrin nurla dolsun, əziz qardaşımız və dostumuz Aydın! Arzu edirik ki, sənin yarımçıq qalan arzularını övladların başa çatdırsınlar!
“Elm bə həyat” jurnalının kollektivi

Şərh Yaz