O yaşadı dünyada

İnsan var ki, vəzifəsi, var-dövləti
Olsa da,
İnsanlıqdan perikdi.
İnsan var ki, üzdə kasıb, sadə amma
Içi zəngin,
El içində etibarı, təmiz adı
Qaf dağından böyükdü.
O yaşadı dünyada
Tarixçi-etnoqraf Aydın Səlimzadəyə

İnsan var ki, vəzifəsi, var-dövləti
Olsa da,
İnsanlıqdan perikdi.
İnsan var ki, üzdə kasıb, sadə amma
Içi zəngin,
El içində etibarı, təmiz adı
Qaf dağından böyükdü.
İnsan var ki, dindirəndə görürsən ki,
Bircə parça dili vücudunu bükdü.
İnsan var ki, Yerimizin kürəyində
Sadəcə yükdü.
İnsan var ki, dağ cüssəli pəhləvandı,
İncələrin incəsidir, sanki bir tükdü.
Dünyaya milyardlarla insan
Gəlib qayıtsa da,
İnsan da var gəldi-getdi,
Belə rəzil dünyanın minnəti olsun,
O yaşadı dünyada.

O yaşadı dünyada
Tərlan Saleh

Şərh Yaz