Minnətdarlıq məktubu

Hörmətli, cənab Prezident!
Mən, 84 yaşlı ağsaqqal, İsmayıllı rayonu Lahıc qəsəbə sakini Gülü Hüseyn oğlu, 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin Zaqatala rayonunda vətəndaşlarla keçirdiyi qəbula getmişdim. Cənab nazirdən 2008-ci ildə baş verən sürüşmə nəticəsində dağılmış yaşayış evimin tikilməsi barədə xahiş etdim. Cənab K.Heydərov xahişimi qəbul edib bildirdi ki, möhtərəm prezidentimiz, cənab İlham Əliyevin göstərişinə əsasən elə bu il sizin evinizi tikdirib istifadənizə verəcəyik. Həmin görüşdən bir neçə gün keçəndən sonra Sizin göstərişinizlə evimin tikintisinə başlanıldı və hal-hazırda yaşayış evim tam tikilərək istifadəmə verilmişdir. Evimin tikilməsində zəhməti olmuş hər kəsə öz minnətdarlığımı çatdırmaq istəyirəm.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Sizin uğurlu seçimləriniz olan (yaşayış evimin qısa müddətdə tikilərək təhvil verilməsini nəzarətdə saxlayıb həyata keçirən) Azərbaycan Respublikası Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərova, 2013-cü ilin martında təyin olunduqdan İsmayıllı rayonu üçün bir çox vacib işlər həyata keçirərək rayon sakinlərinin xeyir-duasını qazanmış İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova minnətdarlığımı bildirir, gələcək işlərində müvəffəqiyyət arzulayıram.
Cənab Prezident!
Respublikamızın hər bir adi vətəndaşına Sizin göstərdiyiniz diqqət və qayğı məni sevindirir. Sevincimin həddi-hüdudu yoxdur. Minnətdarlıqla sevincimi Sizinlə bölüşmək istəyirəm.
Sizə böyük, sonsuz minnətdarlığımı bildirirəm, gündəlik namazımda Sizə və ailə üzvlərinizə uca Allahdan can sağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram. Qoy Allah həmişə Sizə yar olsun!
Gülü Babayev,
İsmayıllı rayonu, Lahıc qəsəbəsi

Şərh Yaz