Təltiflər və təbriklər

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 25 iyun 2014-cü il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif olunub. O cümlədən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əhmədova Sevil Kazım qızı da “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunanlar sırasındadır.
Təltiflər və təbriklərTəltiflər və təbriklər

Bu münasibətlə rayon İcra Hakimiyyətinin akt zalında keçirilən toplantıda RİH-nin başçısı Mirdaməd Sadıqov Sevil xanımı özünün və rayon ictimaiyyətinin adından təbrik edib.

***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin sərəncamı ilə həmyerlimiz, polkovnik Kazımov Vasif Ramiz oğluna general-mayor rütbəsi verilib.
İsmayıllı rayon ictimaiyyəti adından Vasif Kazımovu təbrik edirik
“İsmayıllı xəbərləri”

Şərh Yaz