Yaxın keçmişimizin işıqlı səhifəsi

13 iyun 2014-cü il tarixində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar “Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda Heydər Əliyev İdarəetmə Məktəbinin məşğələsi keçirilib.
Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülüb.
Tədbiri giriş sözü ilə Heydər Əliyev İdarəetmə Məktəbinin icraçı direktoru Fərman Bəşirov açıb.
Yaxın keçmişimizin işıqlı səhifəsi

13 iyun 2014-cü il tarixində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar “Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda Heydər Əliyev İdarəetmə Məktəbinin məşğələsi keçirilib.
Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülüb.
Tədbiri giriş sözü ilə Heydər Əliyev İdarəetmə Məktəbinin icraçı direktoru Fərman Bəşirov açıb.
Sonra Milli Qurtuluş Gününə həsr edilən film nümayiş etdirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirib ki, müasir və müstəqil dövlətçiliyimizin formalaşmasında ən mühüm əhəmiyyətə malik hadisələrdən biri Milli Qurtuluş Günüdür: – 1993-cü ilin 15 iyun tarixi yaxın keçmişimizin işıqlı səhifələrindən biridir. Çünki həmin tarix ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə respublikaya rəhbərlik etməyə başlamasının, ölkəni uğur yoluna çıxarmasının başlanğıc günüdür. Artıq neçə illərdir ki, xalqımız iftixar hissi ilə bu əlamətdar tarixi günü bayram kimi qeyd edir.
İsmayıllı rayon prokuroru Rahib Seyidov çıxışında bildirib: – Məlumdur ki, azadlıq, müstəqillik həm ayrıca vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızı, müstəqilliyimizi illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq da bir o qədər mürəkkəbdir. Bu müstəqilliyə, əmin-amanlığa nail olduğumuz üçün türk dünyasının dahi şəxsiyyəti, ulu öndər Heydər Əliyevə borcluyuq.
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev qan bahasına başa gələn müstəqilliyimiz haqqında məlumat verib. O, qeyd edib ki, müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsi astanasına yaxınlaşan ölkəmiz, öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşıb. Lakin ulu öndər Heydər Əliyevin apardığı düzgün siyasət nəticəsində Azərbaycan artıq özünü bütün dünyaya tanıdıb.
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elnarə Muradəliyeva Azərbaycanın bu gününün və gələcəyinin təməli olan 15 İyun Milli Qurtuluş Gününün tarixi məqamlarına nəzər salıb, müstəqillik qazanıldıqdan sonrakı və indiki dövrdə gənclərə göstərilən dövlət qayğısından danışıb.
Cülyan kənd tam orta məktəbinin tarix müəllimi İxtiyar Şabanov ümummilli lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən, hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbiçilərin yetişdirilməsi məqsədi ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasından, bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan ordusunun möhkəmlənməsi, müasir silah və texnika ilə təminatında görülən işlərdən danışıb.
Tədbir Mərkəzin foyesində Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblının təqdimatında mahnılarla yekunlaşıb.
Çinarə Bəhərçinli

Şərh Yaz