Seminar

28 iyun 2014-cü il tarixdə RİH aparatının əməkdaşları, Hüquq şöbəsi, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbələrinin birgə seminarı keçirilib.
Avtomobil yollarının çirklənməsinin və zibillənməsinin qarşısının alınması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2014-cü il tarixli, 164 s saylı Sərəncamı barədə Hüquq şöbəsinin müdiri Xətai Abbasov məlumat verib.
Vətəndaşların müraciətlərinə baxılması və kargüzarlığın aparılması qaydaları haqqında RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərovun çıxışı dinlənilib.

“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin və “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nın təsdiqi haqqında Nazirlər Kabinetinin qərarları barədə Hüquq şöbəsinin məsləhətçisi Pakizə Abbasova məlumat verib.
Ölkə ərazisində müxtəlif təyinatlı obyektlərin və kommunikasiya xətlərinin mühafizə, təhkim və sanitar zona və zolaqlarında torpaq sahəsinin ayrılması və bu ərazilərdə qanunsuz tikililər və tikinti işlərinin aparılmasının qarşısının alınması sahəsində mövcud nöqsanların aradan qaldırılmasına və təkrarlanmamasına dair Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin tövsiyələrinin müzakirəsi aparılıb.
Anar Rəsulov

Şərh Yaz