Nikah mərasimi

İyun ayının 21-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində ailə həyatı quran 4 cütlüyün təntənəli nikahbağlanma mərasimi keçirildi.
Ailə səadətinə qovuşmaq yolunda ilk addımlarını atan gənclər ümummilli lider Heydər Əliyevin mərkəzi meydandakı abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri qoydular.

Nikah mərasimiNikah mərasimi

Mərasim Heydər Əliyev Mərkəzində davam etdi. Mərasimdə gənclərin ailə üzvləri, qohumları və dostları iştirak edirdi. Rayon Qeydiyyat Şöbəsinin müdiri Hüsniyyə Osmanova cütlükləri rəsmi qaydada ər və arvad elan etdi, ailələrə qədəm qoyduqları yeni həyatda xoşbəxtlik arzuladı.
Rayon İcra Hakimiyyəti başçısının müavinləri Sevil Əhmədova və Mahmud Süleymanov da gəncləri təbrik etdilər, onlara birgə, uzun ömür sürməyi, can sağlığı, və ailə səadəti arzuladılar.
Gənc ailələrə rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edildi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz