Səhiyyə işçilərinin peşə bayramı

İsmayıllı rayonunda tibb işçilərinin peşə bayramı münasibətilə ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb.
Azərbaycan səhiyyəsinin inkişafından bəhs edən filmə baxılıb.

Səhiyyə işçilərinin peşə bayramıSəhiyyə işçilərinin peşə bayramı

İsmayıllı rayonunda tibb işçilərinin peşə bayramı münasibətilə ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açıb.
Azərbaycan səhiyyəsinin inkişafından bəhs edən filmə baxılıb.
Səhiyyə işçilərinin peşə bayramı
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, xalqımızın sağlamlığının və milli genefondunun qorunması baxımından həyati əhəmiyyət kəsb edən bu sahə ilə bağlı ətraflı danışıb. Mirdaməd Sadıqov vurğulayıb ki, ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir.
Tədbirdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Rəhimov çıxış edərək son bir ildə İsmayıllı səhiyyəsində əldə edilən nailiyyətlərdən danışıb. O, bildirib ki, ölkəmizdə vətəndaşların səhhətinə göstərilən qayğı həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır: – Bu il rayon Mərkəzi Xəstəxanası yeni təmirdən sonra sakinlərin istifadəsinə veriləcək. Eyni zamanda, Tircan, Topçu kəndlərində və Lahıc qəsəbəsində tibb məntəqələri istifadəyə verilib. Prezidentin sərəncamına uyğun olaraq bu il İsmayıllıda əhalini müayinə etmək üçün həkim briqadaları formalaşdırılıb. Hər biri 4 həkimdən ibarət olan briqadalar mütəmadi olaraq kəndlərə ezam olunaraq sakinləri müayinə edib. 62 min nəfər rayon sakini müayinədən keçib. Rayon xəstəxanalarında 772 nəfər işçi çalışır, onlardan 121 nəfəri həkim, 349 nəfəri isə orta tibb işçisidir. Kəndlərdə yeni tibb məntəqələrinin istifadəyə verilməsi yeni tibb işçilərinə də ehtiyac yaradıb. Belə ki, 15 vakant yer mövcuddur.
Digər çıxış edənlər ildən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin artırılması, Azərbaycan Prezidentinin Ehtiyat Fondundan verilən vəsaitin səhiyyənin ən aktual problemlərinin həlli üçün geniş imkanlar açdığını deyib, səhiyyəyə göstərilən diqqətə görə ölkə rəhbərinə minnətdarlıq ediblər.
RİH başçısı Mirdaməd Sadıqov səhiyyə işçilərinin qayğı və problemləri ilə maraqlanıb, səmərəli fəaliyyətlərinə görə fərqlənən bir qrup işçiyə Fəxri fərmanlar və mükafatlar təqdim edilib. Tədbir Mərkəzin foyesində Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin “Aşıqlar” ansamblının ifasında aşıq musiqiləri ilə davam edib.
Səadət Rəhimova

Şərh Yaz