Ümumdünya Narkotiklərlə Mübarizə Günü

Narkomaniya müasir cəmiyyətin üzləşdiyi ən ağrılı problemlərindəndir. Ağ ölüm adlandırılan narkomaniyanın qurbanlarının sayı getdikcə artmaqdadır. Bu bəlaya düçar olanlar istəmədən həm özlərinə, həm də ətrafdakı insanlara zərərverirlər. Narkotik vasitələrdən istifadə bütün hallarda insan orqanizmi üçün ziyanlıdır.
Narkotik vasitələrin və psixotrop maddələrin qəbulu insan həyatında elə fəsadlar törədir ki, həmin fəsadların aradan qaldırılması çətin olur. Bütün bəşəriyyətin bəlasına çevrilən narkomaniya ilə mübarizə aparmağın ən yaxşı yolu isə təbliğatdır.
Respublikanın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da bu işə xüsusi diqqətlə yanaşılır.

Ümumdünya Narkotiklərlə Mübarizə GünüÜmumdünya Narkotiklərlə Mübarizə Günü

Narkomaniya müasir cəmiyyətin üzləşdiyi ən ağrılı problemlərindəndir. Ağ ölüm adlandırılan narkomaniyanın qurbanlarının sayı getdikcə artmaqdadır. Bu bəlaya düçar olanlar istəmədən həm özlərinə, həm də ətrafdakı insanlara zərərverirlər. Narkotik vasitələrdən istifadə bütün hallarda insan orqanizmi üçün ziyanlıdır.
Narkotik vasitələrin və psixotrop maddələrin qəbulu insan həyatında elə fəsadlar törədir ki, həmin fəsadların aradan qaldırılması çətin olur. Bütün bəşəriyyətin bəlasına çevrilən narkomaniya ilə mübarizə aparmağın ən yaxşı yolu isə təbliğatdır.
Respublikanın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da bu işə xüsusi diqqətlə yanaşılır.
Ümumdünya Narkotiklərlə Mübarizə Günü
25 iyun 2014-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində 26 İyun – Ümumdünya Narkotiklərlə Mübarizə Gününə həsr edilən maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova xüsusilə gənc və yeniyetmələri bu bəladan uzaq olmağa çağırıb: – Narkomaniya ilə bir gün deyil, hər gün mübarizə aparmaq lazımdır. Yeniyetmələr, gənclər bizim gələcəyimizdir. Hamılıqla onların bu dəhşətli bəladan uzaq olmasına çalışmalıyıq. Bu işdə gənclərin özləri də bizə yardımçı olmalıdırlar.
RİH-nin hüquq şöbəsinin müdiri Xətai Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamla təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər dövlət proqramı”na uyğun olaraq hər bir bölgədə, o cümlədən rayonumuzda ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini deyib. Narkotikin törətdiyi sosial fəsadlardan danışıb və hər bir Azərbaycan gəncinin narkomanlığa qarşı mübarizəyə hazır olmasının vacibliyini diqqətə çatdırıb.
Gənclərin Anti Narkomaniya İctimai Birliyinin sədri Qüdrət Kazımov ötən ildə narkomanların ümumi sayının 28376 nəfər olduğunu deyib. Bunların 22533 nəfəri dispanserin qeydiyyatında, 5843 nəfəri profilaktik qeydiyyatdadır, 756 nəfəri isə anonimdir. QHT sədri yaş kateqoriyalarına gəldikdə isə bildirib ki, 15-17 yaşlarında 4, 18-24 yaşlarında 1344, 25-29 yaşlarında 3893, 30-34 yaşları arasında 4147, 35 və daha yuxarı yaşlarda isə ümumilikdə 18988 nəfər narkoman var. Ən dəhşətlisi də odur ki, inyeksiyon narkotik istifadəçilərinin sayı 20004 nəfər təşkil edir, onların da 393 nəfəri qadındır.
Ümumdünya Narkotiklərlə Mübarizə Günü
Tədbirdə “Narkomaniyaya qarşı mübarizədə hüquq mühafizə orqanlarının fəaliyyət mexanizmi” mövzusunda rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Vahid Məhərrəmov, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa qarşı mübarizədə məhkəmə təcrübəsindən İsmayıllı Rayon Məhkəməsinin məsləhətçisi Vilayət Babayev, narkomaniyanın gənclərə göstərdiyi təsirdən RTŞ-nın metodisti Rəşid Məmmədov, sağlam həyat tərzinin gözəlliklərindən cüdo üzrə İsmayıllı rayon yığma komandasının məşqçisi Əkbər Şəfaqətov danışıb.
Narkomanların ağır talelərindən bəhs edən film nümayiş etdirilib.
Ç.Bəhərçinli

Şərh Yaz