Əlvida 4-cü, salam 5-ci sinif

20 may 2014-cü il tarixində Talıstan kənd tam orta məktəbində ibtidai sinif müəllimi Surə Cəbrayılovanın rəhbərlik etdiyi 4-cü sinif şagirdlərinin “Əlvida 4-cü, salam 5-ci sinif “ adlı tədbiri keçirilib. Tədbirdə Talıstan kənd icra nümayəndəsi Sihhət Şirəliyev, bələdiyyənin sədri Şaiq Məhərrəmov , məktəbin müəllim kollektivi, valideynlər iştirak etdilər. Dövlət himninin səsləndirilməsi ilə tədbir başlandı.
Əlvida 4-cü, salam 5-ci sinif
Əlvida 4-cü, salam 5-ci sinif

20 may 2014-cü il tarixində Talıstan kənd tam orta məktəbində ibtidai sinif müəllimi Surə Cəbrayılovanın rəhbərlik etdiyi 4-cü sinif şagirdlərinin “Əlvida 4-cü, salam 5-ci sinif “ adlı tədbiri keçirilib. Tədbirdə Talıstan kənd icra nümayəndəsi Sihhət Şirəliyev, bələdiyyənin sədri Şaiq Məhərrəmov , məktəbin müəllim kollektivi, valideynlər iştirak etdilər. Dövlət himninin səsləndirilməsi ilə tədbir başlandı.
Məktəbin direktoru Aydın Əzizov, təlim tərbiyə işləri üzrə direktor müavini Xalid Mürşüdov çıxış edərək 4 il ərzində qazanılan nailiyyətlərdən danışdılar : ”Məktəbin təhsil uğurları hər birimizi sevindirir. Bu sinfin yüksək nailiyyətlər qazanması Surə müəllimin əməyinin nəticəsidir. Müəllimin ən böyük uğuru odur ki, valideynlər övladlarının onun sinfində dərs almasını istəyirlər. Surə müəllim də belələrindəndir. Elm yolu çətin yoldur. Surə müəllim şagirdlərə ana qayğısı ilə yanaşan, bələdçilik edən müəllim olub”.
Əlvida 4-cü, salam 5-ci sinif
Talıstan kənd icra nümayəndəsi S.Şirəliyev şagirdlərə gələcək təhsillərində uğurlar arzuladı. Valideynlər çıxış edərək övladlarının təhsildə böyük zəhməti olan Surə müəllimə tədbirin təşkilinə, onlara göstərilən ehtirama görə təşəkkür etdilər. Tədbirdə məktəblilərin hazırladıqları əbədi-bədii kompozisiyalar nümayiş etdirildi. Şagirdlər vətənə, anaya, bayrağımıza, müəllimə, dostluğa və s. həsr olunmuş şeirlər söylədilər. Şagirdlər rus, ingilis dillərində bəstələnmiş mahnıları məharətlə ifa etdilər. Süleymanın, Elçinin, Rəşidin, Kamranın, Əfsunun, Nərmanın, Farizin rəqsləri hamını heyran qoymuşdur. Ayşən Həmidli və Aydan Novruzovanın “Bayrağımız” haqqında söylədiyi seyrlər hamını riqqətə gətirdi. Türkan, Aysel, Aytən, Elnurə, Nurtən, Eşqin, Ülkərin rəqsləri alqışlarla qarşılandı. Ayşən Həmidlinin və Əfsun Mehdiyevin göstərdikləri səhnəcik qonaqların zövqünü oxşadı.
Əlvida 4-cü, salam 5-ci sinif
Valideynlər adından Qəndaf nənə çıxış etdi. Surə müəlliməyə təşəkkürünü bildirdi və şagirdləri təbrik etdi. Hər kəs həyatda özündən sonra qoyduğu izi ilə tanınır. Müəllim verdiyi təhsil və tərbiyə ilə, aşılamış olduğu bilik, bacarıq və əxlaqi keyfiyyətlərlə şagirdlərin qəlbində həmişəlik iz qoyacaq . Tədbirin sonunda müəllimin və şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxıldı.
Məktəbin direktoru Aydın Əzizov müəllimi “Fəxri fərman”la mükafatlandırdı.
Əlvida 4-cü, salam 5-ci sinifBələdiyyənin sədri Şaiq Məhərrəmov isə bilik yarışlarında yer tutan və yuxarı bal yığan şagirdləri pulla mükafatlandırdı və onlara uğur arzuladı. Biz şagirdlər müəlliməmizə təşəkkürümüzü bildirir, “çox sağ” olun deyirik. Çalışacağıq ki, məktəbimizə həmişə uğur gətirək.
Ayşən Həmidli, Aydan Novruzova, Əfsun Mehdiyev
Talıstan kənd tam orta məktəbinin Vsinif şagirdləri

Şərh Yaz