Niyə bu qədər laqeydik


İsmayıllı get-gedə turizm məkanı kimi tanınır. Buraya gələnlərin sayı ildən-ilə artır, bu məkanı bir görən bir də görüm deyir. İsmayıllı da köhnə İsmayıllı deyil, genişlənir, abadlaşır və gözəlləşir. Bu gözəlliklər də əməksevər insanlarımızın əli ilə yaradılır. Hamımızın da ən müqəddəs borcu bu gözəlliyi qorumaq, ona nəsə əlavə etməkdən ibarətdir. Bəs biz nə edirik, şəhərimizə münasibətimiz necədir?

Niyə bu qədər laqeydikNiyə bu qədər laqeydik

İsmayıllı get-gedə turizm məkanı kimi tanınır. Buraya gələnlərin sayı ildən-ilə artır, bu məkanı bir görən bir də görüm deyir. İsmayıllı da köhnə İsmayıllı deyil, genişlənir, abadlaşır və gözəlləşir. Bu gözəlliklər də əməksevər insanlarımızın əli ilə yaradılır. Hamımızın da ən müqəddəs borcu bu gözəlliyi qorumaq, ona nəsə əlavə etməkdən ibarətdir. Bəs biz nə edirik, şəhərimizə münasibətimiz necədir?
Adətən, qonaq gözləyən ev sahibi həyət-bacada səliqə-sahman yaradır, hər yeri təmiz saxlamağa çalışır. Şəhərin küçələri də günü-gündən abadlaşır, asfaltlaşdırılır, işıq dirəkləri təzələnir və yenilik adlanan başqa işlər həyata keçirilir. Bütün bunları gördükcə fərəhlənir, qürur hissi keçiririk. Çox təəssüf ki, bu gözəllikləri görməyənlər, ona qara yaxanlar da var.
Niyə bu qədər laqeydik
Şəhərə, yaxud kəndə daxil olanda ilk öncə onun giriş-çıxışına diqqət yetirir, təmizliyinə fikir veririk. Şəhərimizə üç istiqamətdən daxil olmaq mümkündür. Bu giriş qapılarını nəzərdən keçirək. Muğanlı- Qəbələ yolu şəhərimizin şimal hissəsinin tən ortasından keçir. Olimpiya-İdman Kompleksindən başlamış, ta qaçqınlar qəsəbəsinə ayrılan yola qədər olan məsafə şəhərin küçəsi, həm də magistral yoldur. Həmin yol şəhərin ən çox nəqliyyat hərəkət edən hissəsidir. Deməli, ən çox qonaq-qaralı yoldur. Bu yolun şəhər 5 nömrəli məktəbinə gedən küçənin qovuşduğu yerində əməlli-başlı bazar müşahidə edirik. Burada ot bağlamaları, qarpız, yemiş mişar daşı, qum və başqa şeylər satanlara rast gəlirik. Yemiş və qarpızın yarısını asfaltın üstündə, yarısını avtomaşında satanlara rast gələn ingilisə, yaxud fransıza necə izah edəsən ki, bu ticarətdi, biznesdi. Axı vəziyyəti belə görən xarici heç vaxt oradan heç nə almaz, bu antisanitariya vəziyyətindən tez də uzaqlaşar. Ölkəsinə qayıdan xarici qonaq bunu öz həmvətənlərinə necə izah edər görəsən, Allah bilir. Bu, hansı birimizə baş ucalığı gətirər?
Niyə bu qədər laqeydik
Preslənmiş ot, küləş bağlamalarını satanlar fərqindədirlərmi, axı bura şəhərdir və bu məhsula (ot nəzərdə tutulur) tələbat da sıfıra bərabərdir. Məgər otu kəndlərdə satmaq olmazmı? Yemiş və qarpız da onun kimi. Atalardan qalan gözəl məsəlimiz var: Qapına gəldi al, qapına gəldi, sat. Kənd yerlərində yaşayanlar şəhərə gəlib buradan 5-10 kiloqram yemiş, qarpız alıb aparırsa, qapısında bu rəqəmləri, daha doğrusu alveri 2-3 dəfə artıra bilər. Özünün nəqliyyatı ilə səyyar ticarət etmək daha sərfəlidir.
Bir məsələyə də diqqət yetirək. Şəhərin müxtəlif yerlərində mişar daşı, qum satan “KamAZ” markalı maşınlara çox rast gəlirik. Qəribəsi də odur ki, bu alqı-satqının hamısı magistral yolların kənarlarında baş verir. Onsuz da belə səyyar ticarətin qarşısını tamamilə almaq mümkün olan şey deyil. Belə ticarət üçün xüsusi yerlərin ayrılması daha yaxşı olar, nəinki yol kənarlarında antisanitariya vəziyyəti yaratmaq. Bu işi rayonun əlaqədar təşkilatları yoluna qoya bilərlər.
Söz ticarətdən getdiyi üçün bu sahədəki bəzi nöqsanlar haqqında bir qədər geniş söhbət açmaq istərdik. Şəhərimizin mağazalarındakı vəziyyət alıcıları tam qane etmir. Biz günəş şüaları altında sözün əsl mənasında bişirilən sulardan, şirələrdən, digər ərzaq məhsullarından bəhs etmək istəyirik. Ümumilikdə, mağazalarımızda ərzaq məhsullarının saxlanmasına lazımınca diqqət yetirilmir. Həmin məhsulların keyfiyyətini itirməsi sayəsində insanların bəzi xəstəliklərə yoluxma təhlükəsi haqqında heç düşünmüşükmü? Təəssüf ki, qazanc adamların gözünü bağlayıb.
Hamımızın kolxoz bazarı adlandırdığımız ərazidə torpaq üstündə müxtəlif meyvələrin satılmasına heç təəccüblənmirik, etiraz etmirik. Sanki bu elə-belə də olmalı imiş. Bu müəssisənin sahibləri də var, pul qıranları da. Ancaq onlar burada lazımi şərait yaratmaq istəmirlər. Kim harada, necə istəyir matahını satır. Heç buralardan keçib-getmək, hərəkət etmək belə asan deyil. Biz alıcılar da uzun illər davam edən bu vəziyyətə adət etmişik, etiraz səsimizi qaldırmırıq. Pullar xərcləməyə ürəkləri gəlməyən sahibkarlara da belə vəziyyət sərfəlidir. Onlar da “Paraya dəymə, bütövü kəsmə, doğra, doyunca ye” prinsipi ilə işləyirlər. Halallıq haqqında düşünmürlər. Pul bəzi insanları günah yoluna da sala bilər.
Niyə bu qədər laqeydik
Bazara məhsul gətirənlər öz xüsusi avtomaşınları ilə buradaca satış edirlər. Hər şey başa çatır və ətrafdakı zibilliyi görəni vahimə basır. Bu tullantıları yığışdırmaq üçün nə qədər vaxt lazım gəlir. Ümumiyyətlə, ayağı buraya düşən hər hansı bir xarici qonaq bu mənzərəyə necə qiymət verərdi. Biz təmizliyi hər hansı qonaq üçün deyil, özümüz üçün, şəhərimiz, küçə və meydanlarımız üçün həyata keçirməliyik. Bəzən bir qonşu məişət tullantılarını digər qonşusunun qapısına atır. Deməli, məndən keçdi, qardaşıma dəydi məsəli öz yerini tutur. Görəsən, biz niyə bu qədər laqeydlik edirik, özümüzdə cəsarət tapıb bu yanlış yoldan qayıtsaq nə olar? Ziyanın yarısından qayıtmaq da qazancdır. Bəlkə düz yola qayıdaq?
Bəybala Babayev

Şərh Yaz