Şikayət və təkliflər dinlənilib

30 may 2014-cü il tarixində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 60-dan çox vətəndaşın şikayət və təklifləri diqqətlə dinlənilib, müraciətlərinə baxılıb.

Şikayət və təkliflər dinlənilibŞikayət və təkliflər dinlənilib

30 may 2014-cü il tarixində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 60-dan çox vətəndaşın şikayət və təklifləri diqqətlə dinlənilib, müraciətlərinə baxılıb.
Şikayət və təkliflər dinlənilib
Hər bir vətəndaşın müraciətinin obyektiv və ədalətli şəkildə araşdırılaraq onların həlli yönündə zəruri addımların atılacağı bildirilib, vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Ekoloji qanun pozuntularına qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması məqsədilə digər müraciətlərə obyektiv baxılması, həmçinin müraciətlərin operativ həlli ilə bağlı nazirliyin əlaqədar struktur qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da nazir H.Bağırov tərəfindən dinlənilib və onların müraciətlərinin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz