Azərbaycan gənclərinin VII forumu


Bakı şəhərində, Heydər Əliyev Sarayında iyun ayının 3-də Azərbaycan Gənclərinin VII Forumu öz işinə başlayıb. Forumda Bakı da daxil olmaqla, 80-dən artıq rayonun 1739 nümayəndəsi, qeyri-hökumət, gənclər təşkilatlarının, tələbə gənclər təşkilatlarının rəhbərləri, dövlət rəsmiləri, mərkəzi icra strukturlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri də iştirak edib.

Azərbaycan gənclərinin VII forumuAzərbaycan gənclərinin VII forumu

Bakı şəhərində, Heydər Əliyev Sarayında iyun ayının 3-də Azərbaycan Gənclərinin VII Forumu öz işinə başlayıb. Forumda Bakı da daxil olmaqla, 80-dən artıq rayonun 1739 nümayəndəsi, qeyri-hökumət, gənclər təşkilatlarının, tələbə gənclər təşkilatlarının rəhbərləri, dövlət rəsmiləri, mərkəzi icra strukturlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri də iştirak edib.

Azərbaycan gənclərinin VII forumu
Gənclər və İdman Naziri Azad Rəhimov forumda çıxış edərək bildirib ki, hazırda ölkəmizdə 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi Dövlət Proqramı” uğurla həyata keçirilir. Azərbaycan gənclərinin ilk forumu 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilib: “O zaman zalda toplaşmış gəncləri diqqətlə dinləyən, hər bir problem və təklifə önəm verən Ulu öndər bununla ölkəmizdə həyata keçirilən gənclər siyasətinin yerini və rolunu göstərib. Onun çıxışı Azərbaycanın gələcəyindən xəbər verərək gənclər siyasətinin hədəflərini və vəzifələrini müəyyən edib. Bu gün fəxrlə demək lazımdır ki, göstərilmiş inkişaf istiqamətləri nəinki 20 il bundan əvvəlki dövr üçün, hətta bu günümüz üçün aktual olub”.
Son 3 il ərzində gənclər siyasəti sahəsində görülən işlər barədə hesabat verən nazir sonda Azərbaycan Prezidentinin ölkə gəncləri haqqındakı fikrini səsləndirib:
– Müasirlik və kreativlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişə bilər. İnanıram ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlər məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində öz həllini tapacaq.
Forumun açılış mərasimindən sonra gənclər 5 bölmə üzrə işlərini davam etdiriblər. Bölmələrdə gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, gənclərin ictimai həyatda iştirakı və beynəlxalq əməkdaşlığı, müasir gənclərin təhsil və elmin inkişafında yeri və rolu, gənclərin sosial inkişafı və sahibkarlıq, yaradıcı gənclərə dəstək və ölkənin innovativ potensialı istiqamətində müzakirələr aparılıb.
Forumun növbəti günündə bölmələr üzrə hesabatlar dinlənilib. Sonda forum iştirakçılarının Azərbaycan gənclərinə müraciəti qəbul olunub.
Forumda İsmayıllını 11 gənc təmsil edib.
Çinarə Bəhərçinli,
forum nümayəndəsi

Şərh Yaz