İnsan hüquq və azadlıqlarının qorunması yolları


İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyun ayının 11-də İsmayıllı Rayon Təhsil Şöbəsinin iclas zalında İnsan hüquqları aylığı çərçivəsində “İnsan hüquq və azadlıqlarının qorunması yolları” mövzusunda tədbir keçirilib.

İnsan hüquq və azadlıqlarının qorunması yollarıİnsan hüquq və azadlıqlarının qorunması yolları

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyun ayının 11-də İsmayıllı Rayon Təhsil Şöbəsinin iclas zalında İnsan hüquqları aylığı çərçivəsində “İnsan hüquq və azadlıqlarının qorunması yolları” mövzusunda tədbir keçirilib.
İnsan hüquq və azadlıqlarının qorunması yolları
Tədbiri giriş sözü ilə açan İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili, Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirildiyini deyib: – Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamla təsdiq etdiyi “Milli fəaliyyət proqramı”na uyğun olaraq ölkədə, o cümlədən hər bir bölgədə ardıcıl və sistemli tədbirlər həyata keçirilir. 18 may -18 iyun müddətində isə bu tədbirlər daha intensiv xarakter alır.
İsmayıllı RİH-nin hüquq şöbəsinin müdiri Xətai Abbasov insan hüquq və azadlıqlarının qorunması yollarından, bu işdə təkcə hüquqşünasların deyil, hər bir vətəndaşın üzərinə düşən vəzifələrdən, hüquqi maariflənmənin genişləndirilməsinin vacibliyindən danışıb.
“Cinayət qanunvericiliyində insan hüquqları” mövzusunda İsmayıllı Rayon Polis Şöbəsinin istintaq rəisi Rasim Məmmədov, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi sahəsində hüquq pozuntularının qarşısının alınması yollarından İsmayıllı Rayon Prokurorluğunun müstəntiqi İlkin Musayev, erkən nikah, boşanma və onun ağır nəticələri haqqında İsmayıllı Rayon Məhkəməsinin baş məsləhətçisi Vüqar Əhmədov çıxış edib.
İnsan hüquq və azadlıqlarının qorunması yolları
Tədbirdə iştirak edən İsmayıllı Rayon Statistika İdarəsinin rəisi Əziz Əzizov artan boşanmalara görə narahatçılığını bildirib, boşanma ərizəsi verənlərlə iş aparmaq üçün hüquqşünaslardan, psixoloqlardan, nüfuzlu vətəndaşlardan ibarət ictimai komissiyanın yaradılmasını təklif edib.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva erkən nikaha qarşı aparılan tədbirlərdən və əldə edilən nəticələrdən söz açıb.
Gülnar Mikayılova,
İsmayıllı UADM-ın metodisti

Şərh Yaz