Yaddas kitabcasi

Suyu bulandırıb balıq tutmaq sevdasına düşənlərə zəruri xatırlatma

Ölkənin sosial-iqtisadi inkişafı danılmaz reallığa çevrilib, bu həqiqəti artıq nüfuzlu beynəlxalq təşkilatlar və Azərbaycan hakimiyyətinin siyasi opponentləri belə qəbul edir. Bu isə həm də onun göstəricisidir ki, ölkəmizdə yürüdülən iqtisadi-sosial layihələr özünün mütərəqqiliyi ilə seçilir və müşahidə edilən davamlı inkişaf mənzərəsi bunun bariz nümunəsidir.
Suyu bulandırıb balıq tutmaq sevdasına düşənlərə zəruri xatırlatma

Ölkənin sosial-iqtisadi inkişafı danılmaz reallığa çevrilib, bu həqiqəti artıq nüfuzlu beynəlxalq təşkilatlar və Azərbaycan hakimiyyətinin siyasi opponentləri belə qəbul edir. Bu isə həm də onun göstəricisidir ki, ölkəmizdə yürüdülən iqtisadi-sosial layihələr özünün mütərəqqiliyi ilə seçilir və müşahidə edilən davamlı inkişaf mənzərəsi bunun bariz nümunəsidir.
Hazırda hökumətin xüsusi önəm verdiyi prioritet istiqamətlərdən biri də regionların sosial-iqtisadi inkişafıdır. Məlumat üçün bildirək ki, artıq uzun illərdir ki, bununla bağlı qəbul edilmiş xüsusi dövlət proqramının reallaşması yönündə kifayət qədər böyük vəsaitlər xərclənib. Bu isə bir vaxtlar inkişafdan qalan bölgələrin abadlaşan simasında özünü bir daha təsdiqləyir. Hazırda inkişafda olan belə rayonlarımızdan biri isə İsmayıllıdır. Mirdaməd Mirsadıq oğlu Sadıqovun İsmayıllı rayonuna rəhbər təyin olunmasından sonra isə bu inkişaf nəzərəçarpacaq dərəcədə sürətlənmişdir. Hər halda bunu rayonun indiki halı ilə bir neçə il öncəki durumunun müqayisəli təhlili də göstərir.
Amma təəssüf hissiylə qeyd etməliyik ki, ölkə miqyasında heç bir nüfuzu olmayan bəzi Kütləvi İnformasiya Vasitələrində İsmayıllı rayonunda aparılan abadlıq-quruculuq işlərinə kölgə salmağa uğursuz cəhdlər edilir, İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov haqqında həqiqətdən uzaq məlumatlar dərc olunur. Ən maraqlısı isə odur ki, bu qəbildən olan qəzet və saytlar əllərində heç bir fakt olmadan icra başçısını ləkələmək yolu tutub. Tirajları 50-100 nüsxədən artıq olmayan, işləri-gücləri kimlərisə şantaj edərək, pul qazanmaq olan həmin “qəzet”lərin əsl məqsədlərinin nə olması isə hər kəsə aydındır. “Qəzet”lərini poçt vasitəsilə “tənqid” etdikləri şəxslərə göndərən bu cür “qələm əhli”nin peşəkarlıqdan uzaq belə əməlləri eyni zamanda mətbuatın artmaqda olan nüfuzuna zərbə sayılmalıdır. Elə rahat yolla pul qazanmaqdan başqa amalı olmayan bəzi “sayt”ları da bu kateqoriyaya şamil etmək olar. Onlar “suyu bulandıraraq balıq tutmaq sevdasına” düşmüş zavallılardır, amma unudurlar ki, artıq o zaman deyil ki, heç bir əsası olmayan cızma-qaralarla kimlərinsə nüfuzuna kölgə salsınlar. Əgər söhbət konkret halda İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovdan gedirsə bu ümumiyyətlə mümkün deyil.
Maraqlıdır, görəsən, Mirdaməd Sadıqovdan yazan həmin adamlar heç olmasa onun tərcümeyi-halı ilə tanış olublarmı? Mirdaməd Sadıqov bütün şüurlu fəaliyyətini elmin inkişafına və dövlət idarəçiliyinə sərf edən görkəmli ziyalılarımızdandır.
Müxtəlif illər ərzində mühüm vəzifələrdə çalışmış Mirdaməd Sadıqov həm də 2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. Onun elmi fəaliyyəti isə dəfələrlə müxtəlif səviyyələrdə ən ali mükafatlara layiq görülüb. Mirdaməd Sadıqovun İsmayıllı rayonunda həyata keçirdiyi işlər isə onun eyni zamanda idarəetməni gözəl bilən peşəkar kadr olmasından xəbər verir.
Odur ki, həmin “qəzetcik” və “saytcıq”lara tövsiyyəmiz odur ki, özlərinin ucuz məqsədləri naminə nüfuzlu bir şəxsiyyəti ləkələmək yolundan çəkinsinlər.
Orxan Həsənli
“Unikal” qəzeti, 7 iyun 2014-cü il

Şərh Yaz