Yaddas kitabcasi

“Mənim Azərbaycanım!” Ümumrespublika Gənclər Festivalı

26-27 may tarixlərində Bakı şəhərində Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasının təmin edilməsi və 28 May – Respublika Günü ilə əlaqədar “Mənim Azərbaycanım” adlı ümumrespublika gənclər festivalı keçirilmişdir.
Əvvəlcə tədbirdə dövlət himni səsləndirilmiş, “Mənim Azərbaycanım” adlı videoçarx nümayiş etdirilmişdir.

Mərasimdə çıxış edənlər ölkəmizdə və onun hüdudlarından kənarda 28 May – Respublika Gününə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini bildirmişlər. Qeyd edilmişdir ki, “Mənim Azərbaycanım” adlı ümumrespublika festivalının məqsədi gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, region gəncləri arasında əməkdaşlığın genişləndirilməsi və bölgələrimiz haqqında onların daha zəngin biliklərə sahib olmasından ibarətdir.
İlk dəfə keçirilən festivalda Azərbaycanın 70-ə yaxın şəhər və rayonundan gənclər təmsil olunmuşlar.
Festivalda rayonumuzu Gİİ-nin əməkdaşı, bu sətirlərin müəllifi Taleh Məhərrəmov, şəhər 3 nömrəli tam orta məktəbinin müəllimləri Pərvin Mahmudova və Əsli Süleymanzadə təmsil etmişlər. P.Mahmudova rayonumuzla bağlı hazırlanmış təqdimatla çıxış etmişdir.
Taleh Məhərrəmov

Şərh Yaz