Əkdiyimiz ağacların meyvəsini dərəcəyik


Günümüzə sevinc, saflıqları, sadəlikləri ilə gözəllik bəxş edən, həyatımıza günəş kimi doğan, ömrümüzün bəzəyi, gözlərimizin nuru olan uşaqlar bizim gələcəyimiz, sabahımızdırlar. Gülər üzləri, şirin sözləri, saf baxışları, təmiz qəlbləri ilə hər kəsin ürəyinə yol tapan balalarımızın qayğıya, diqqətə ehtiyacı vardır. Kiçik yaşlarından gördükləri sevgi, məhəbbət onların gələcək həyatlarına, bir şəxsiyyət kimi formalaşmalarına təsir göstərir. Bu qayğıdan Azərbaycan uşaqları da məhrum deyillər. Ölkəmizdə cəmiyyətin gələcəyi olan uşaqların sağlam və təhlükəsiz həyat şəraitinin təmin edilməsi üçün bir çox işlər həyata keçirilir.


Əkdiyimiz ağacların meyvəsini dərəcəyik
Əkdiyimiz ağacların meyvəsini dərəcəyik

Günümüzə sevinc, saflıqları, sadəlikləri ilə gözəllik bəxş edən, həyatımıza günəş kimi doğan, ömrümüzün bəzəyi, gözlərimizin nuru olan uşaqlar bizim gələcəyimiz, sabahımızdırlar. Gülər üzləri, şirin sözləri, saf baxışları, təmiz qəlbləri ilə hər kəsin ürəyinə yol tapan balalarımızın qayğıya, diqqətə ehtiyacı vardır. Kiçik yaşlarından gördükləri sevgi, məhəbbət onların gələcək həyatlarına, bir şəxsiyyət kimi formalaşmalarına təsir göstərir. Bu qayğıdan Azərbaycan uşaqları da məhrum deyillər. Ölkəmizdə cəmiyyətin gələcəyi olan uşaqların sağlam və təhlükəsiz həyat şəraitinin təmin edilməsi üçün bir çox işlər həyata keçirilir.
Elə həyata keçirilən tədbirlərdən biri də bütün ölkədə bayram səviyyəsində qeyd edilən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.
Əkdiyimiz ağacların meyvəsini dərəcəyik
May ayının 31-də İsmayıllı rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkı sanki başdan-başa gül-çiçəyə bürünmüşdü. Gül balaların üzündə sevinc, fərəh görünürdü. Bu gün onların günü idi. Parkın içərilərinə doğru gedərkən ilk gözümə dəyən İsmayıllı rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərin kiçik yaşlı üzvləri tərəfindən çəkilən rəsmlər və hazırlanan zərif naxışlı əl işləri oldu.
Öyrəndim ki, bu möhtəşəm bayram tədbiri İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsi, Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin, rayon Təhsil Şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin ümumi səyi nəticəsində hazırlanıb.
Tədbiri giriş sözü ilə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova açdı, ölkəmizdə uşaqların sağlamlığına, təhsilinə, yaşayış şəraitinə xüsusi əhəmiyyət verildiyini dedi: – Əziz uşaqlar, valideynlər, hörmətli qonaqlar hamınızı salamlayıram. Bura yığışmaq məqsədimiz hamımıza bəllidir. Uşaqlarımıza RİH başçısı Mirdaməd Sadıqovun təbrikini çatdırıram. Bu gün dövlətimiz tərəfindən uşaqlar üçün hər cür şərait yaradılıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və uğurla davam etdirilən sosial yönümlü siyasətin tərkib hissəsi olan uşaq hüquqlarının qorunması dövlət rəhbərinin daim diqqət mərkəzindədir. Əziz uşaqlar, sizin simanızda bütün Azərbaycan balalarının bayramını təbrik edirəm, sizə can sağlığı, vətənə layiq gənc kimi böyümənizi arzulayıram.
Əkdiyimiz ağacların meyvəsini dərəcəyik
Tədbirdə ilk musiqi nömrəsi “Çingiz” ritm qrupu tərəfindən ifa edilir. Uşaq İncəsənət Məktəbinin İvanovka korpusunun balacaları tərəfindən “Cücələrim” rəqsi göstərilir.
İsmayıllı Olimpiya-İdman Kompleksində Sultan İbrahimzadənin rəhbərliyi altında məşq keçən uşaqlardan ibarət komandanın nümayiş etdiyi gimnastik hərəkətlərdən ibarət rəqs nümunəsi kütlənin alqışları ilə qarşılanır.
Şəhər 1 nömrəli tam orta məktəbinin 4-cü sinif şagirdi Sevda Rəsulova balaca olmasına baxmayaraq çox istedadlıdır. O, çıxışında bu bayramın yaranma tarixindən danışdı: – 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Bütün dünyada uşaqların hüquqlarının qorunması müqəddəs vəzifə, borc sayılır. Bu səbəbdən 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya uşaqlarla bağlı əsas beynəlxalq sənəd hesab olunur. Hazırda 190 dövlət həmin konvensiyaya qoşulub.
Əkdiyimiz ağacların meyvəsini dərəcəyik
Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiya uşaqların hər sahədə iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır. Bu, uşaq hüquqlarının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə tanınması və qorunması deməkdir.
Maraqlı və dolğun informasiyadan sonra 1 nömrəli körpələr evi-uşaq bağçasının balacaları “Çobanlar” rəqsini göstərirlər. Növbəti çıxış 2 nömrəli bağçanın uşaqlarına verilir. Balaca fidanlar şeirlər söyləyir, maraqlı rəqslər oynayırdılar. Növbə ilə 3 nömrəli, Təzəkənd və Quşencə bağçalarının uşaqları da məharətlərini göstərirlər.
Balaca istedadlar – Sona Cəbiyeva, Lamiyə Əhmədova, Mələk Hüseynli, Firuzə Məmmədli, Jalə Dadaşova, Elton Kərimli, Elgün Cabbarlı, Kənan Vəliyev, Nihad Lətifzadə, İbrahim Məmmədov, Səid Osmanlı, Cəbrayıl Cabbarov və İsmayıl Həmidov “Məktəbəqədər hazırlıq dövrünü müvəffəqiyyətlə başa vurduğuna görə” RTŞ-nın Fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olundular. Bu təşkilatçılıqda RTŞ-nın metodisti Güllübəyim Cərullayevanın zəhməti də diqqətdən qaçmamalıdır.
Təəssüf hissi ilə bir şeyi qeyd etmək istərdim ki, bu böyük dünyanın balaca sakinlərinin heç də hamısı xoşbəxt deyil. Onlardan bəziləri kiçik yaşlarından valideynlərini itirib, bəzilərinin isə xüsusi baxıma ehtiyacı var. İsmayıllıda bu cür uşaqların cəmiyyətə adaptasiya olunması işi ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin kollektivi məşğul olur. Mərkəzin direktoru Lətifə Əliyeva tədbirdə çıxış edərək bildirdi ki, cəmiyyətin bu üzvlərinə diqqət günü-gündən daha da artırılır. Onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif proqramlar həyata keçirilir: – FİNCA bank hər zaman uşaqların qayğısına qalmağa çalışır. Onlar bu gün də bizi tək qoymadılar. Buna görə FİNKA bankın İsmayıllı rayon şöbəsinin müdiri Novruz Varəngiyə xüsusi təşəkkürümü bildirirəm.
Novruz Varəngi çıxışında bildirdi ki, bu cür uşaqlara dəstək durmaq, onlara qayğı göstərmək hər birimizin borcudur. Sabahımızı görmək istədiyimiz şəkildə qurmaq elə öz vəzifəmizdir. Obrazlı şəkildə desək, nəticədə, istər ailədə, istərsə də cəmiyyətdə əkdiyimiz ağacların meyvəsini dərəcəyik.
Əkdiyimiz ağacların meyvəsini dərəcəyik
Xoş və səmimi çıxışdan sonra tort kəsildi, uşaqlara hədiyyələr verildi.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin (Gİİ) rəisi Taleh Salehov uşaqların mübarək bayramını təbrik etdi, gələcək həyatlarının şən və firavan olmasını arzuladı.
Rayon Gİİ də tədbirə əliboş gəlməmişdi. Onlar tərəfindən təşkil edilən və dörd mərhələdə keçirilən “Şən startlar” yarışmasının qaliblərinə və iştirakçı olan bütün balacalara hədiyyələr təqdim edildi.
Tədbir başa çatsa da, bir-birindən gözəl musiqilərin ifası xeyli davam etdi.
Çinarə Bəhərçinli

Şərh Yaz