Müstəqil həyata səsləyən zəng


2013-2014- cü tədris ilinin bütün tam orta məktəblərində XI siniflərdə son zəng çalındı. Şəhər 6 nömrəli tam orta məktəbinin şagird və müəllimləri də belə bir tədbirə toplaşmışdır. Məktəbin təlim-tərbiyə üzrə direktor müavini Səxavət Əliyev açdı və Dövlət himni çalındı.
Müstəqil həyata səsləyən zəng

2013-2014- cü tədris ilinin bütün tam orta məktəblərində XI siniflərdə son zəng çalındı. Şəhər 6 nömrəli tam orta məktəbinin şagird və müəllimləri də belə bir tədbirə toplaşmışdır. Məktəbin təlim-tərbiyə üzrə direktor müavini Səxavət Əliyev açdı və Dövlət himni çalındı.
Məktəbin direktoru Qalib Bəşirov çıxış edərək məzunları və valideynləri salamladı. Məzunlara üz tutaraq: Sizləri hələ qarşıda çox sınaqlar gözləyir, mən sizə bu yollarda uğurlar arzulayıram. Doğma yurdumuzun adını həmişə uca tutun.
Sinif müəllimi Maarifə Ağayeva yetirmələrinə ürək sözlərini söylədi. İlk dəfə çiyinlərinizdə çanta məktəbə gəlməyinizdən artıq onbir il ötür. İndi artıq məzunsunuz. Mən sizə təhsildə və işlərinizdə uğurlar arzulayıram.
XI a sinfin rəhbəri İlham Yusifov dedi: mən inanıram ki, siz müəllimlərinizin və məktəbimizin adına layiq övladlar olacaqsınız.
Direktor müavini Əşrəf Hüseynov çıxışında bildirdi ki, bu gün dəcəl, bununla belə sevimli uşaqlarımızdan ayrılırıq. Bilirik ki, onların hərəsinin qəlbində bir arzusu var. Sizin arzularınız çin olanda biz də sevinirik, fərəhlənirik. İnanırıq ki, hər biriniz oxuduğunuz və çalışdığınız sahələrdə həmişə məktəbimizin fəxri olacaqsınız.
XI sinif şagirdi İsmayıl Faxtiyev, məktəb valideyn komitəsinin sədri, veteran İsa Musayev məzunlara xoş arzularını bildirdilər. XI a sinif şagirdi Aytac Məhərrəmova: – gələcəkdə hansı sənətə yiyələnməyimizdən asılı olmayaraq, biz hər zaman müəllimlərimizə borcluyuq. Onlara çox sağ olun deyirik.
Sonda Səxavət Əliyev məzunlara bir daha uğurlar dilədi, iştirakçılara təşəkkür etdi.
Hacıməmməd Məmmədov,
şəhər 6 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz