Bələdiyyələrin xeyirxahlığı

Hazırda təhsil sahəsində geniş islahatlar həyata keçirilməkdədir. Bu islahatların nəticəsidir ki, ölkəmiz elmi-texniki inkişafın səviyyəsinə görə öndə gedən ölkələrdəndi. Keçirilən islahatların əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək, onun inkişafını cəmiyyətin ehtiyac və tələblərinə yönəltməkdən ibarətdir. Rayonumuz da təhsil sahəsində çoxsaylı uğurlara imza atmışdır. Bu uğurların qazanılmasında rayonun bir çox ümumtəhsil məktəblərinin, məktəb rəhbərlərinin və onların rəhbərlik etdikləri pedaqoji kollektivlərin əməyi vardır. Bələdiyyələrin xeyirxahlığı

Hazırda təhsil sahəsində geniş islahatlar həyata keçirilməkdədir. Bu islahatların nəticəsidir ki, ölkəmiz elmi-texniki inkişafın səviyyəsinə görə öndə gedən ölkələrdəndi. Keçirilən islahatların əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək, onun inkişafını cəmiyyətin ehtiyac və tələblərinə yönəltməkdən ibarətdir. Rayonumuz da təhsil sahəsində çoxsaylı uğurlara imza atmışdır. Bu uğurların qazanılmasında rayonun bir çox ümumtəhsil məktəblərinin, məktəb rəhbərlərinin və onların rəhbərlik etdikləri pedaqoji kollektivlərin əməyi vardır.
Hər tədris ili başa çatanda məktəblərdə istedadları ilə fərqlənən şagirdlər Rayon Təhsil Şöbəsi tərəfindən Fəxri fərman, tərifnamə və hədiyyələrlə mükafatlandırılır. Bu, şagirdləri yaxşı oxumağa və daha yüksək nailiyyətləri qazanmağa sövq edir.
Kənd bələdiyyələrinin bu xeyirxah işə laqeyd qalmamasını Rayon Təhsil Şöbəsi, həm də məktəblərin rəhbərləri yüksək qiymətləndirirlər. Belə ki, məktəblərin cari təmirində və şagirdlərin mükafatlandırılmasında İsmayıllı, Lahıc, Ruşan, Əhən, Tircan, Keyvəndi, Bizlan, Qalagah, Uştalqışlaq, Yeniyol, Xankənd, Sulut, Tağlabiyan, Zərnava, Minkə, Talıstan, Qalınçaq, Kürdmaşı bələdiyyələri fəal iştirak etmişlər. Xeyirxahlıq göstərən bələdiyyələrə təşəkkürümüzü bildirir, digərlərinə də doğma kəndlərində olan təhsil ocağına diqqət göstərilmələrini arzulayırıq.
Xalid Allahverdiyev,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz