Bağçamızda yenə bayramdır

İyun ayının 10-da şəhər 1 nömrəli körpələr evi uşaq bağçasında bayram bayrama qarışmışdı. Orta qrupun uşaqları 15 İyun – Qurtuluş Gününə həsr olunmuş proqramı təqdim etdikdən sonra, məktəbəhazırlıq qrupunun uşaqları “Əlvida bağça, salam məktəb” şüarı altında möhtəşəm bir tədbir keçirdilər. Öncə tərbiyəçi Zümrüd Məhərrəmova Qurtuluş günü haqqında qısa məlumat verdi. Sonra söz balacalara verildi. Qurtuluş gününə həsr olunmuş tədbirdə orta qrupun uşaqları vətəni sevməyə, onu göz-bəbəkləri kimi qorumağa, bayrağını daim uca tutmağa elə bayraq önündə and içdilər.
Bağçamızda yenə bayramdırBağçamızda yenə bayramdır

Uşaqlar ulu öndər Heydər Əliyevə, vətənə, bayrağa aid müxtəlif şeirlər səsləndirdilər. Uşaqlar arasında şeir müsabiqəsi keçirildi. Bağçanın müdiri Qalibə Abdullayeva daha gözəl, ifadəli, səlis şeir söyləyən uşaqların adlarını xüsusi qeyd edərək onlara hədiyyələr təqdim etdi.
Daha sonra məktəbəhazırlıq qrupunun uşaqları “Əlvida bağça, salam məktəb” adlı tədbiri təqdim etdilər. Məktəbəhazırlıq qrupunun tərbiyəçisi Simuzər Rəhmanova çıxış edərək uşaqları təbrik etdi və onların hər birinin istedadlı olduğunu vurğuladı. Doğurdan da uşaqların çıxışlarından belə məlum oldu ki, onlar məktəbə tam hazırdırlar. Tədbir boyunca uşaqlar 6 il müddətində öyrəndikləri bilik və bacarıqları bir daha nümayiş etdirmiş oldular. Uşaqlar ana, vətən, bayraq mövzusunda müxtəlif şeirlər səsləndirərkən əmin olursan ki, gələcək nəsillər üçün vətəni sevən bir vətəndaş yetişir. Altıyaşlılar rəqəmlərə aid şeir və tapmacalar səsləndirib, hərflərdən “Əlifba” sözünü yaratdılar. Uşaqlar “İndi mənim 6 yaşım var ana” mahnısını ifa edərək öz valideynlərinə müraciət edib, onları məktəbə yollamaqlarını arzu etdilər. Sonda bağça müdiri Qalibə Abdullayeva, RTŞ-nin metodisti, bu sətirlərin müəllifi Güllübəyim Lətifova və valideynlər uşaqlara ürək sözlərini, xoş arzularını bildirdilər.
25 illik fəaliyyəti müddətində həmişə birinci olan 1 nömrəli körpələr evi uşaq bağçasının bütün kollektivini 25-ci buraxılış ili münasibəti ilə ürəkdən təbrik edirik.
G.Lətifova,
İsmayıllı Rayon Təhsi Şöbəsinin metodisti

Şərh Yaz