İsmayıllı kollecinin fəaliyyəti

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci rayonumuzda yeni yaradılan təhsil ocağıdır.
Kollecimiz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2013-cü il 168 saylı qərarına əsasən yaradılıb.
Məktəbimiz uyğunlaşdırılmış binada, Peşə Tədris Mərkəzinin ikinci mərtəbəsində yerləşir, yeni binasının tikilməsi də nəzərdə tutulub.

İsmayıllı kollecinin fəaliyyətiİsmayıllı kollecinin fəaliyyəti

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci rayonumuzda yeni yaradılan təhsil ocağıdır.
Kollecimiz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2013-cü il 168 saylı qərarına əsasən yaradılıb.
Məktəbimiz uyğunlaşdırılmış binada, Peşə Tədris Mərkəzinin ikinci mərtəbəsində yerləşir, yeni binasının tikilməsi də nəzərdə tutulub.
İsmayıllı kollecinin fəaliyyəti
Təhsil ocağında dərslər ötən ilin sentyabr ayında başlayıb. 7 ixtisas üzrə 212 tələbə təhsil alır. Təkcə öz rayonumuzdan deyil, 33 rayondan olan tələbələr də burada təhsil alır.
Burada məktəbəqədər təlim-tərbiyə, informatika müəllimliyi, müalicə işi, turizm və s. ixtisaslar tədris olunur.
Kollecdə 38 müəllim işləyir. Onların gülər üzü, tələbələrlə davranışı, yaxşı ünsiyyət qurmaları müəllim-tələbə münasibətlərinə yaxşı təsir göstərir, bilmədiklərimizi öyrənmək, istədiklərimizi onlardan sıxılmadan soruşa bilirik.
Kollecimizin digər üstünlüklərindən biri də subbakalavr təhsilinin verilməsidir. Bundan başqa kollecin idarə olunmasında tələbə özünüidarə qurumları yaradılıb, rayonun Gənclər və İdman İdarəsi və məktəbimizin tələbə gənclər təşkilatının səmərəli əlaqələri də qurulub.
Bu təhsil ocağının yeni yaranmasına baxmayaraq, keçirilən tədbirləri, şairlərlə görüş, yarışlar və s. gördüyü işlərlə artıq tanınır. Uğurlu fəaliyyətin nəticəsidir ki, bura qəbul olmaq istəyənlərin sayı artmaqdadır.
Çox istərdim ki, tezliklə müasir tələblərə cavab verən tədris binamız olsun. Məktəbimiz bütün Azərbaycanda tanınan, beynəlxalq aləmə inteqrasiya edən təhsil ocağına çevrilsin.
Fidan İsmayıllı,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi

Şərh Yaz