Açıq Əyləncəli Futbol Məktəbi

2014-cü il avqust ayından etibarən İsmayıllı rayonunda “Açıq Əyləncəli Futbol Məktəbi” açılacaqdır.
Bu məqsədlə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Açıq Əyləncəli Futbol məktəblərinin Azərbaycan üzrə Koordinatoru RİH başçısı Mirdaməd Sadıqova rəsmi müraciət etmişdir. Həmin müraciətə əsasən rayonumuzdan nümayəndə seçilən Taleh Məhərrəmov 03-06 iyun 2014-cü il tarixlərdə Gürcüstan Respublikasının Zuqdidi şəhərində “Açıq Əyləncəli Futbol Məktəbləri”nin rəhbərləri üçün keçirilmiş seminarda iştirak etmişdir.

Açıq Əyləncəli Futbol MəktəbiAçıq Əyləncəli Futbol Məktəbi

2014-cü il avqust ayından etibarən İsmayıllı rayonunda “Açıq Əyləncəli Futbol Məktəbi” açılacaqdır.
Bu məqsədlə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Açıq Əyləncəli Futbol məktəblərinin Azərbaycan üzrə Koordinatoru RİH başçısı Mirdaməd Sadıqova rəsmi müraciət etmişdir. Həmin müraciətə əsasən rayonumuzdan nümayəndə seçilən Taleh Məhərrəmov 03-06 iyun 2014-cü il tarixlərdə Gürcüstan Respublikasının Zuqdidi şəhərində “Açıq Əyləncəli Futbol Məktəbləri”nin rəhbərləri üçün keçirilmiş seminarda iştirak etmişdir.
Ümumilikdə seminarda respublikamızı 20 nəfər nümayəndə təmsil etmişdir. Seminar nəzəriyyə və praktika olmaqla iki hissədə keçirilmişdir. Nəzəriyyə konfrans zalında, praktika isə meydançalarda təşkil edilmişdir. “Məna və Məğz”, “Yunan şablonları” və “Yaranma” mövzularında məruzələr baş tutmuşdur. Seminarlarda nəzəriyyə və praktika ilə yanaşı müsahibə, “Loqo-2” və “Baş, ürək və ayaq” mövzularında dərslər də keçirildi.
Nümayəndəmiz seminarda öyrəndiyi bilikləri açılacaq məktəbdə gənclərə öyrədəcək.
“İsmayıllı xəbərləri”

Açıq Əyləncəli Futbol Məktəbi

Şərh Yaz