Gənc xilasedicilərimiz qalibdir

Fövqəladə Hallar Nazirliyin təşkilatçılığı ilə, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə məktəblilər arasında ”Gənc xilasedici və yanğınsöndürən“ yarışları 2012-ci ildən keçirilir. N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin “Gənc xilasedici və yanğınsöndürən“ komandası bu il də rayon birinciliyində qalib olaraq, zona yarışında iştirak etmək hüququ qazanmışdır.
Gənc xilasedicilərimiz qalibdirGənc xilasedicilərimiz qalibdir
Gənc xilasedicilərimiz qalibdir
Fövqəladə Hallar Nazirliyin təşkilatçılığı ilə, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə məktəblilər arasında ”Gənc xilasedici və yanğınsöndürən“ yarışları 2012-ci ildən keçirilir. N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin “Gənc xilasedici və yanğınsöndürən“ komandası bu il də rayon bir
Gənc xilasedicilərimiz qalibdir
Bu yarışın yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliği məqsədilə keçirilmişdir. Yarışda komandalar dörd mərhələdə – “Maniələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə zona birinciliyi uğrunda mübarizə aparıblar. 10 rayonun təmsil olunduğu zona yarışlarında İsmayıllı I, Qobustan II və Qax III yerləri tutub. Komandalara kubok və Fəxri fərman təqdim edilib. İsmayıllı rayonunun “Gənc xilasedici və yanğınsöndürən“ komandası Respublika final yarışında 2012-ci ildə 3-cü yeri, 2013-cü ildə 2-ci yeri tutmuşdur. Zona yarışının təqdimatında İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti İlham Vahabov da iştirak etmişdir.
Əsgər Manafov,
İsmayıllı rayon ”Gənc xilasedici və yanğınsöndürən“ komandasının rəhbəri

Şərh Yaz