2013-2014-cü dərs ili uğurla yekunlaşdı

2013-2014-cü dərs ili rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin kollektivi üçün daha uğurlu olmuşdur. Dərnək üzvləri rayon və respublika bilik yarışlarında, müxtəlif layihələrin həyata keçirilməsində fəal iştirak edərək yüksək nəticələr əldə etmişlər. 2013-2014-cü dərs ili uğurla yekunlaşdı

2013-2014-cü dərs ili rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin kollektivi üçün daha uğurlu olmuşdur. Dərnək üzvləri rayon və respublika bilik yarışlarında, müxtəlif layihələrin həyata keçirilməsində fəal iştirak edərək yüksək nəticələr əldə etmişlər.
Gənc təbiətçilər hərakatının 90 illiyi və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin 85 illiyi ilə əlaqədar “Ətraf mühitə töhfəmiz” məktəblilərin Respublika Ekoloji Formunda II yeri tutduğuna görə Tircan kənd tam orta məktəbinin X sinif şagirdi Vüqar Məmmədzadə, Diyallı kənd tam orta məktəbinin X sinif şagirdi Aysel Nuriyeva fərqləndiyinə görə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Respublika Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi tərəfindən Diplomla və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Həmin forumda rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Yaşar Nuriyev Məktəblilərin Ekoloji Təhsili və Tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə Fəxri fərmanla təltif edilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində 22 aprel Beynəlxalq Yer Günü İ.Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbinin iclas zalında İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi ilə birgə “Meşələri qoruyaq” mövzusunda elmi-praktik konfrans keçirmişdir.
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Respublika Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə 29 aprel 2014-cü il tarixdə İsmayıllı rayonunda “Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışının zona turu keçirilmişdir. Zona turunda İsmayıllı rayonunu təmsil edən Təzəkənd kənd tam orta məktəbinin 5 nəfər şagirddən ibarət Babadağ komandası gərgin keçən bilik yarışında ikinci yerə layiq görülmüşdür.
Azərbaycan Respublikası prezidentinin 28 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq meşələrin qorunması və davamlı istifadəsi sahəsində məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Azərbaycan Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Meşələri qoruyaq” devizi altında gənc meşəçilərin III Respublika müsabiqəsi keçirmişdir. Bu müsabiqədə İsmayıllı rayonunun məktəblərində və Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində fəaliyyət göstərən gənc meşəçilər dəstələrinin üzvləri də fəal iştirak etmişlər .
Müsabiqənin əsas vəzifələrinə uyğun olaraq rayonda meşələrin biosferdə qlobal əhəmiyyəti barədə məktəblilərin ekoloji biliklərinin artırılmasına meşə ehtiyatlarının mühafizəsində, bərpa edilməsində və yeni yaşıllıqların salınmasında gənc meşəçilərin fəal iştirakına nail olunmuş, xüsusilə ekoloji cəhətdən davamlı inkişaf ideyaları təbliğ edilmiş, meşələrin qorunması və bərpa olunması, meşə ehtiyatlarından davamlı istifadəsi sahəsində məktəblilərdə xüsusi bilik və səriştənin, ətraf mühitə məsuliyyətli münasibətin, ekoloji mədəniyyətin formalaşması diqqət mərkəzində olmuşdur. Müsabiqənin Respublika turuna təqdim olunmuş layihələr təşkilat komitəsi tərəfindən bəyənilmişdir. Lahıc qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Sürəyya Abbaslı və VIII sinif şagirdi Vahab Cəbrayılov birinci yerə, Tircan kənd tam orta məktəbinin gənc meşəçilər dəstəsinin üzvü IX sinif şagirdi Ağasəməd Bədəlli Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən diplomlarla təltif olunmuş və onlara qiymətli hədiyyələr verilmişdir.
Təbiətsevərlərin qazandıqları uğurlarda Lahıc qəsəbə tam orta məktəbinin biologiya müəllimi Cəmilə Kamilovanın, Tircan Kənd tam orta məktəbinin tarix-coğrafiya müəllimi Gülyanaq Əliyevanın, Diyallı kənd tam orta məktəbinin biologiya müəllimi Mahizər Məmmədovanın, İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Yaşar Nuriyevin əməyi xüsusilə qeyd olunmalıdır.
Gülyanaq Əliyeva

Şərh Yaz