Təbriklər

Rusiya Federasiyasının Soçi şəhərində may ayının 27-də idmanın Pauerliftinq növü üzrə keçirilən dünya kuboku yarışlarında həmyerlimiz – respublikanın “Dinamo” cəmiyyətinin üzvü olan Kamil Qafarov 82,5 kiloqram çəki dərəcəsində birinci olub. Onun dünya və Avropa çempionu kimi yüksək fəxri adları var. Kamilin sayca 12-ci olan qızıl medalı Azərbaycan bayrağının 12 dəfə digər ölkə bayraqlarından daha yüksəyə qalxmasına səbəb olub.
TəbriklərTəbriklər

İsmayıllı rayon Polis Şöbəsinin polis çavuşu Kamil Qafarovu son qələbə münasibəti ilə təbrik edirik. İnanırıq ki, qarşıdakı sınaqlarda da Kamil birinciliyi əldə saxlayacaq, yeni nailiyyətlər qazanacaqdır.

***
Azərbaycan Respublikası Təhsil Şurasının “Təhsil və zaman” qəzeti ilə birgə keçirdiyi “Ən yaxşı məqalə” müsabiqəsində İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Çingiz Məzahir oğlu Muradlı qalib olmuşdur.
Təbriklər
“İlin ən yaxşı müəllimi”ni, Qabaqcıl təhsil işçisi Ç.Muradlını sevindirici qələbə münasibəti ilə təbrik edir, ona həyatda və işində yeni-yeni uğurlar arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz