Yeni iş yerləri açıldı

Son vaxtlar İsmayıllıda işsizliyin ləğv edilməsi, yeni iş yerlərinin açılması istiqamətində xeyli iş görülmüşdür.
Rayondakı köhnə kərpic sexində yenidənqurma işləri aparılması müəssisənin yeni texnologiya ilə təmin olunması və istehsal gücünün artırılması məqsədi daşıyır.
Mayın 28-də şəhərin qərbində, İsmayıllı-Qəbələ yolunun üstündəki kərpic zavodunun açılışı olub. Açılışda şəhər sakinləri, bir sıra təşkilatların nümayəndələri, iş adamları iştirak ediblər.

Yeni iş yerləri açıldıYeni iş yerləri açıldı

Əmək veteranı Fərman Bəşirov tədbiri açıb, zavodun açılışı Respublika Gününə təsadüf etdiyi üçün oraya toplaşanları və onların simasında ailə üzvlərini bayram münasibəti ilə təbrik edib. O bildirib ki, ölkə Prezidenti 2014-cü ili sənaye ili elan edib. Biz bu əlamətdar gündə əvvəllər onlarla əməkçinin iş yeri olmuş, müəyyən səbəblərə görə fəaliyyətini dayandırmış kərpic zavodunun açılışına toplaşmışıq. Bu, heç də əvvəlki müəssisə deyil, tam, yenidən qurulmuş zavoddur.
Tədbirdə RİH başçısı Mirdaməd Sadıqov çıxış edib. Başçı tədbir iştirakçılarını respublika günü münasibətilə təbrik edib, hamıya xoşbəxtlik, hər evə ruzi-bərəkət arzulayıb. O, rayonda tezliklə digər belə yeni müəssisələrin də açılışları olacağını bildirib. Bununla da yeni iş yerləri açılmış olacaq. Burada isə 100 nəfərdən artıq adam çalışacaq.
Tədbirin iştirakçıları sırasında olan şair həmyerlimiz Musa Yaqub çıxışında bu zavodun məhsullarının yen-yeni evlərin, səadət saraylarının tikintisində istifadə edilməsini arzulayıb.
Yeni iş yerləri açıldı
Yeni iş yerləri açıldı
Zavod tam gücü ilə işləyəndə burada 45 növ kərpic, blok və sair məmulatlar istehsal ediləcək. Zavodun illik gücü əvvəlki 3 milyondan 15 milyona çatdırılıb. Yenidən qurulan zavodun dəzgah və avadanlıqları Çexiyadan, Rusiyadan, Türkiyədən gətirilib. Qeyri-standart avadanlıqlar isə Azərbaycanda hazırlanıb.
Zavodun istehsal etdiyi məhsullar əsasən yerli bazara çıxarılacaq. Onu da qeyd edək ki, zavoda 12,5 kilometrlik məsafədən qaz kəməri çəkilib. Bu da zavodun fasiləsiz işini təmin edəcək.
Zavodu Respublika Sahibkarlara Milli Yardım Fondu maliyyələşdirib.
Sonda açılış iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz