Gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi

15 may 2014-cü il tarixdə İsmayıllı rayon Gənclər Mərkəzində hərbi liseylərə, ali hərbi məktəblərə qəbul olunmaq istəyən yeniyetmə və gənclərlə görüş keçirilib.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülüb.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirib ki, Azərbaycanın dövlətçilik tarixi kimi, hərb tarixi də qədim və zəngindir. Bu tarixin səhifələrini vərəqlədikcə şanlı döyüşlərin, Vətən uğrunda canından keçən insanların qəhrəmanlıqlarının şahidi olursan. Ordusu güclü olan ölkə həmişə qaliblər sırasındadır. İcra başçısı qeyd edib ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ordu quruculuğunda dirçəliş baş verib. Məhz onun səyi nəticəsində Cəmşid Naxçıvanski adına hərbi lisey açılıb. Həmin liseyin məzunları olan hərbiçilərin sırasında yüksək rütbəli zabitlər və generallar var.

Gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsiGənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi

İsmayıllı gənclərinin vətənə sevgisi, hərbi ixtisaslara meyli ilə seçildiyini deyən RİH başçısı, hərbi hissələrdə qulluq edən əsgər və zabitlərimizin şərəflə dövlətimizin müdafiəsində durduğunu diqqətə çatdırıb.
İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi işində orta məktəblərin rolundan danışıb: – Əgər şagird parta arxasında hərbi bilikləri yaxşı öyrənirsə, hərbi vərdişləri dərindən mənimsəyirsə, ordu sıralarında xidmət edərkən çətinlik çəkmir. Hərbi vətənpərvərlik ruhunu aşılamaq üçün şagirdlər vətənin müdafiəsi, ordu və s. bu kimi anlayışlarla tanış olmalıdır.
R.Orucov bu il rayonumuzdan 54 gəncin hərbi lisey və ali hərbi məktəblərə sənəd verdiyini deyib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi Xamis Bədəlov bildirib ki, hərbi hissələrdə zabit və əsgərlərin yüksək səviyyəli döyüş hazırlığı və ruh yüksəkliyi qələbə əzmimizi artırır. Bu gün ölkəmizdə peşəkar kadrlar yetişdirilir, ordumuz bütün növ müasir hərbi texnikalara malikdir.
Millət vəkili Novruzəli Aslanov ümummilli lider Heydər Əliyevin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə verdiyi önəmdən danışıb. Millət vəkili qeyd edib ki, hər bir azərbaycanlı gənc vətəninə məhəbbət ruhunda tərbiyə edilməlidir.
Müdafiə Nazirliyinin Əməkdaşı Emin Babayev tədbirin təşkilatçılığına, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi sahəsinə göstərdiyi diqqətə görə İsmayıllı RİH başçısına təşəkkür edib.
Təzəkənd kənd tam orta məktəbinin hərbi müəllimi, polkovnik-leytenant Eynulla Bağırov gənclərin hərb sahəsinə artan marağından danışıb.
Tədbir döyüş ruhunu qaldıran, vətənpərvərlik hisslərini yüksəldən musiqilərin ifa olunması ilə davam edib.
Çinarə Bəhərçinli

Şərh Yaz