İnternat lisey açıla bilər

May ayının 13-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə İsmayıllı rayonunda vətəndaşları qəbul edib. TQDK sədri Qəbələ, İsmayıllı, Şamaxı və Qobustandan olan sakinlərin şikayət və təklifləri ilə tanış olub.
İnternat lisey açıla  bilərİnternat lisey açıla bilər

May ayının 13-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə İsmayıllı rayonunda vətəndaşları qəbul edib. TQDK sədri Qəbələ, İsmayıllı, Şamaxı və Qobustandan olan sakinlərin şikayət və təklifləri ilə tanış olub.
İnternat lisey açıla  bilər
Vətəndaşlar təhsil haqqının ödənilməsi, imtahanların nəticələri, işlə təminat məsələləri və təhsil sahəsində qarşılaşdıqları digər çətinliklərlə bağlı müraciətlər ediblər. Onlar eyni zamanda buraxılış, sınaq və qəbul imtahanlarına dair sorğu, fikir və təkliflərini bildiriblər. TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı olan müraciətlər müvafiq tədbirlərin görülməsi üçün qeydiyyata alınıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəyə verilən suallar, irəli sürülən təkliflər sənəd qəbulu, müxtəlif müsabiqələrin keçirilməsi, ali və orta ixtisas məktəblərinə qəbulla əlaqədar təkliflərdən ibarət olub.
TQDK-nın sədri İsmayıllıda internat lisey məktəbinin açılması zərurətindən danışıb. Qeyd edib ki, dağ rayonlarının ucqar kəndlərində 9-cu sinfi bitirdikdən sonra təhsilini davam etdirmək istəyənlər həmin internat məktəblərində təhsil ala bilərlər.
M.Abbaszadə təkliflərlə əlaqədar müvafiq orqanlara müraciət olunacağını bildirib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz