Heydər Əliyev açıq dərslərinin yekun məşğələsi

İki aydan çox müddətdə İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzi eyni zamanda Heydər Əliyev açıq dərslərinin tədrisi mərkəzinə çevrilmişdi. Buradakı elmi, siyasi, ideoloji fəaliyyət, yaradıcılıq mühiti dərslərin də əsas istiqamətinə qovuşmuşdu.
Rayon Təhsil Şöbəsinin tarix ixtisaslı aparıcı məsləhətçisi, Əməkdar müəllim Ramiz Baloğlanovun təşkilatçılığı ilə 10 nəfər müəllim Heydər Əliyev açıq dərslərini tədris etmişdi. 46 tam orta məktəbin 876 nəfər XI sinif şagirdi (100%) dərslərdə iştirak etmiş, ümummilli liderin irsinin öyrənilməsi yollarına mükəmməl yiyələnmiş, dərslər üçün müəyyən edilmiş konkret mövzuları əsaslı surətdə öyrənmişlər.

Heydər Əliyev açıq dərslərinin yekun məşğələsiHeydər Əliyev açıq dərslərinin yekun məşğələsi
Heydər Əliyev açıq dərslərinin yekun məşğələsi
İki aydan çox müddətdə İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzi eyni zamanda Heydər Əliyev açıq dərslərinin tədrisi mərkəzinə çevrilmişdi. Buradakı elmi, siyasi, ideoloji fəaliyyət, yaradıcılıq mühiti dərslərin də əsas istiqamətinə qovuşmuşdu.
Rayon Təhsil Şöbəsinin tarix ixtisaslı aparıcı məsləhətçisi, Əməkdar müəllim Ramiz Baloğlanovun təşkilatçılığı ilə 10 nəfər müəllim Heydər Əliyev açıq dərslərini tədris etmişdi. 46 tam orta məktəbin 876 nəfər XI sinif şagirdi (100%) dərslərdə iştirak etmiş, ümummilli liderin irsinin öyrənilməsi yollarına mükəmməl yiyələnmiş, dərslər üçün müəyyən edilmiş konkret mövzuları əsaslı surətdə öyrənmişlər.
Son məşğələdə rayonun Qalınçaq, Soltankənd, və Qalagah kənd tam orta məktəblərinin XI sinif şagirdləri iştirak etmişlər. Şagirdlər ilk növbədə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə ekspozisiya zallarındakı sənədlər vasitəsilə, buradakı yaradıcılıq, rəssamlıq və dil dərnəkləri ilə tanış oldular, ulu öndərə həsr olunmuş filmə baxdılar. Sonra “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda dərs keçildi.
Dərsləri tədris edən müəllimlər, təhsil işçiləri yekun olaraq Heydər Əliyev Mərkəzinin konfrans zalına toplaşdılar. Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova Heydər Əliyev dərslərini tədris edən müəllimlərə təşəkkür etdi. Onlara Fəxri fərmanlar təqdim olundu.
Ramiz Baloğlanov bildirdi ki, Heydər Əliyev açıq dərsləri ümummilli liderin irsinin öyrənilməsi üçün bir başlanğıc, çox düzgün yol və metod, dərin məzmuna söykənən forma oldu. Bizə əsas verildi ki, Heydər Əliyev irsini bundan sonra daha dərindən öyrənək və öyrədək. Şagirdləri Heydər Əliyev ideyaları ilə mükəmməl silahlandıraq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz