Yaddas kitabcasi

60 illik mənalı ömür yolu

May ayının 26-da İsmayıllı rayon Gənclər Mərkəzinin akt zalında Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun 60 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Tədbirdə dövlət və incəsənət xadimləri, şairlər, yazıçılar, media nümayəndələri, şairin yaradıcılığının vurğunu olan insanlar iştirak edib.
60 illik mənalı ömür yolu60 illik mənalı ömür yolu

60 illik mənalı ömür yolu

May ayının 26-da İsmayıllı rayon Gənclər Mərkəzinin akt zalında Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun 60 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Tədbirdə dövlət və incəsənət xadimləri, şairlər, yazıçılar, media nümayəndələri, şairin yaradıcılığının vurğunu olan insanlar iştirak edib.
60 illik mənalı ömür yolu
60 illik mənalı ömür yolu
Yubiley gecəsini idarə edən, İctimai televiziyanın sevilən aparıcısı Saleh Bağırov Baba Vəziroğlunun həyatı və yaradıcılığı haqqında məlumat verib: “Baba Vəziroğlu 1954-cü il 10 yanvar tarixində İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub. Rayonun Hacıhətəmli kənd orta məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Şair Azərbaycan Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə işləyib, “Molla Nəsrəddin” jurnalının baş redaktoru olub.
Ədəbi fəaliyyətə “Ulduz” jurnalında çap edilən “Bir yaz axşamı”, “Mağazinçi Dadaş” hekayələri ilə başlayan B.Vəziroğlu bir çox nəsr əsərlərinin, dillərdə əzbər olan şeirlərin müəllifidir. Şair klassik rus şairlərinin əsərlərindən tərcümələr etmiş, özünün də bir sıra əsərləri müxtəlif dillərə tərcümə edilmişdir. Onun mindən artıq şeirinə mahnı bəstələnmişdir”.
Yubilyarın səhnəyə gəlişi gurultulu alqışlarla qarşılanıb. Şair yubiley gecəsinə toplaşan hər kəsə təşəkkürünü bildirib: “Hamınızı salamlayıram, çox sağ olun ki, burdasınız. Bugünkü möhtəşəm gecəyə görə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısna xüsusi təşəkkür etmək istəyirəm. Burda olmaqdan qürur hissi duyuram. Tanınmağım tək öz zəhmətimin nəticəsi deyil, həm də sizlərin sözlərimə verdiyiniz dəyərin nəticəsindədir”.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllı torpağının hər zaman qürur duyulası övladlar yetişdirdiyini deyib. İcra başçısı yubilyara – şair Baba Vəziroğluya, eləcə də hörmətli qonaqlardan bir neçəsinə qiymətli hədiyyələr bağışlayıb, onlara yaradıcılıq uğurları arzulayıb.
Millət vəkili Novruzəli Aslanov şairin yaradıcılığından, onunla olan yaxın dostluq münasibətindən danışıb.
Şeirləri ilə geniş oxucu kütləsinin rəğbətini qazanan Musa Yaqub şairin yaradıcılığına yüksək dəyər verib.
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, şairin qələm dostu Şahməmməd Dağlaroğlu yubilyarı şeirlə təbrik edib.
Kinorejissor, ismayıllıların sevimlisi Şeyx Əbdül Mahmudbəyov, millət vəkili Ərəstun Cavadov və digər çıxış edənlər şairə yaradıcılıq uğurları, bitib-tükənməyən el məhəbbəti arzulayıblar.
Gecə boyunca şairin yaradıcılığının məhsulu olan şeirlər səsləndirilib. Xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, müğənnilər Elnur Hüseynov, Samir Dərgah, Lətifə Fətəliyeva, Yaşar Cəlilov, İsmayıllının tanınmış səs sahibləri Sahibə Abdullayeva, Piralı Şıxıyev, Rövşən Teyyubov şairin şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər. Namiq Mənanın şairə həsr etdiyi meyxana, “Mollaisaqlı” folklor qrupunun ifa etdiyi mahnı alqışlarla qarşılanıb.
60 illik mənalı ömür yolu
Qeyd edək ki, şairin 60 illik yubileyi bir gün öncə, doğulub boya-başa çatdığı kənddə, təhsil aldığı məktəbin həyətində keçirilib. Bu tədbirdə ətraf kəndlərdən, rayon mərkəzindən, digər rayonlardan şairin yaradıcılığını yüksək qiymətləndirən yüzlərlə sənətsevər iştirak edib. Şairin gözəl yaradıcılıq nümunələri olan şeirləri səsləndirilib, sözlərinə bəstələnmiş mahnılar ifa edilib. Mollaisaqlı kəndində keçirilən tədbirin təşkilatçısı həmin kəndin yetirməsi, sözə, sənətə, sənətkara qiymət verən tanınmış iş adamı Famil Bağıyev olub.
Ç.Bəhərçinli

Şərh Yaz