İsmayıllı gənclərinin forum ərəfəsi toplantısı

İsmayıllı idmançıları Beynəlxalq yarışlarda artıq Azərbaycan bayrağının qaldırılmasına layiq nailiyyətlər qazanırlar. Gənclər təhsildə, intellektual yarışlarda sosial-iqtisadi inkişafda uğurlara çatırlar. 22500 nəfər gəncin yaşadığı bölgədə dövlət gənclər siyasəti müvəffəqiyyətlə həyata keçirilir. Onların təhsilinin keyfiyyətinin artırılması, müasir informasiya texnologiyalarına yiyələnməsi, ümummilli liderimiz Heydər Əliyevin irsinin dərindən öyrənməsi cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinə şərait yaradılması üçün ardıcıl və sistemli iş aparılır.
İsmayıllı gənclərinin forum ərəfəsi toplantısıİsmayıllı gənclərinin forum ərəfəsi toplantısı

İsmayıllı idmançıları Beynəlxalq yarışlarda artıq Azərbaycan bayrağının qaldırılmasına layiq nailiyyətlər qazanırlar. Gənclər təhsildə, intellektual yarışlarda sosial-iqtisadi inkişafda uğurlara çatırlar. 22500 nəfər gəncin yaşadığı bölgədə dövlət gənclər siyasəti müvəffəqiyyətlə həyata keçirilir. Onların təhsilinin keyfiyyətinin artırılması, müasir informasiya texnologiyalarına yiyələnməsi, ümummilli liderimiz Heydər Əliyevin irsinin dərindən öyrənməsi cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinə şərait yaradılması üçün ardıcıl və sistemli iş aparılır.
İsmayıllı gənclərinin forum ərəfəsi toplantısı
2014-cü ildə Toğrul Şahlarlı qol güləşi üzrə Bakı şəhərində keçirilən qitə yarışmasında Avropa çempionu olmuşdur. Tuncay Əliyev Türkiyənin İstanbul şəhərində keçirilən yarışlarda karate idman növü üzrə Avropa çempionu adını qazanmışdır.
Məşqçi müəllimlər Fəridə Qurbanova və Əkbər Şəfaqətovun rəhbərliyi ilə Şərq döyüş idman növləri üzrə qızlar məktəbi yaradılmışdır.
2009-cu il 29-oktyabrda cənab Prezident İlham Əliyevin açılışını etdiyi Olimpiya-İdman Kompleksi rayonun idman həyatına canlanma və fəallıq gətirmişdir. Rayon İcra Hakimiyyəti rəhbərliyinin bilavasitə yaxından köməyi və hər bir istiqamətdə göstərdiyi dəstəklə Kompleks artıq bir sıra idman növləri üzrə Respublika və Beynəlxalq yarışlar üçün təlim-məşq toplantısı mərkəzinə çevrilmişdir.
Bədii gimnastika üzrə Respublika çempionatının İsmayıllıda keçirilməsi bu idman sahəsinin də inkişafına təkan vermişdir.
Müxtəlif layihələrin müəyyənləşdirilməsi və icrası ilə əlaqədar gənclərlə məsləhətləşmənin aparılması, onlar üçün iş yerlərinin yaradılması, təhsilli gənclərin müxtəlif istiqamətli dövlət qulluğuna cəlb edilməsi, rayonun ehtiyac duyduğu ixtisaslara istiqamətləndirilməsi, sağlamlıqlarının təşkili, zərərli vərdişlərdən uzaqlaşdırılması üçün rayon icra hakimiyyətinin həyata keçirdiyi düşünülmüş, müasirliyi, forma və məzmun zənginliyi ilə seçilən tədbirlər qaynar gənclik həyatının yaranmasına səbəb olur.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin açılması bu siyasi həyata yeni bir coşqunluq gətirmişdir.
İsmayıllı gənclərinin forum ərəfəsi toplantısı
Dövlət gənclər və idman siyasəti ona görə rayonda müvəffəqiyyətlə həyata keçirilir ki, hər bir gənc, hər bir rayon sakini onu düşündürən məsələlərlə birgə rayon rəhbərliyinin diqqətindədir.
Rayon gənclərinin 27 may 2014-cü il tarixdə keçirilən toplantısında bütün bunlar barədə rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov danışmışdır. Kollecin direktoru, iqtisad elmlər doktoru, professor Rəsul Balayev, karate idman növü üzrə məşqçi müəllim Fəridə Qurbanova, şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Aytəkin Əhmədova, RİH başçısının Sumağallı inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini İlkin Salahov çıxışlarında həm görülən işlərdən, həm də həlli vacib problemlərdən danışmışdır.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gənclər siyasətinə verdiyi bəhrələrdən, prezident İlham Əliyevin Respublikamızı beynəlxalq miqyasda söz sahibi etməsindən, idman ölkəsi kimi tanıtmasından, ulu öndərin bu sahədəki siyasətini yaradıcılıqla davam etdirməsindən bəhs etmişdir.
Bildirmişdir ki, rayonda dövlət gənclər və idman siyasətinin daha səmərəli həyata keçirilməsi üçün bundan sonra daha çox iş görüləcək.
Sevil Əhmədova çıxışının sonunda fərqlənən gənclərə fəxri fərman və hədiyyələr təqdim etmişdir.
Toplantıda Azərbaycan gənclərinin VII forumuna 10 nəfər nümayəndə seçildi.
Rayon gəncləri toplantısının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul ediblər.
Taleh Məhərrəmov,
Gİİ-nin aparıcı məsləhətçisi

Şərh Yaz