Yaddas kitabcasi

Təbiəti hamımız qorumalıyıq

Digər sahələr kimi, ekologiyanın da özünəməxsus kökləri və yaranma tarixi vardır. Ekologiya həyatın zərurətlərindən doğan problemlərin məhsulu kimi daim inkişaf edib, qollara şaxələnərək təkmilləşib və müxtəlif sahələrə ayrılıb.
Odur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ekologiyanın həyatımızdakı rolunu yüksək qiymətləndirərək demişdir:
– Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir. Ona görə də qurub-yaradın.

Təbiəti hamımız qorumalıyıqTəbiəti hamımız qorumalıyıq

Digər sahələr kimi, ekologiyanın da özünəməxsus kökləri və yaranma tarixi vardır. Ekologiya həyatın zərurətlərindən doğan problemlərin məhsulu kimi daim inkişaf edib, qollara şaxələnərək təkmilləşib və müxtəlif sahələrə ayrılıb.
Odur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ekologiyanın həyatımızdakı rolunu yüksək qiymətləndirərək demişdir:
– Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir. Ona görə də qurub-yaradın.
Təbiəti hamımız qorumalıyıq
Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaradılıb. Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibəti ilə Nazirliyin 11 saylı Ərazi İdarəsini təmsil edən ekoloqlar Ulu öndərin İsmayıllı şəhərindəki abidəsini ziyarət edib, abidə önünə tər qızılgüllər düzüblər. Bu tədbirdə RİH başçısının birinci müavini Rövşən Ağayev, aqrar məsələlər üzrə müavin Həsən Həsənov da iştirak ediblər.
R.Ağayev tədbirə qatılanları RİH başçısı adından peşə bayramı münasibəti ilə təbrik edib.
Tədbirdən sonra 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi Əlirza Əliyevdən son vaxtlar görülən işlər barədə məlumat aldıq:
– Şöbəmiz İsmayıllı, Qəbələ, Şamaxı, Ağsu və Oğuz rayonlarının ərazisini əhatə edir. Xidməti ərazinin əsas hissəsini İsmayıllı rayonunun ərazisi təşkil edir. Şöbə tərəfindən cari ildə təbiətin mühafizəsi istiqamətində xeyli iş görülüb. Belə ki, Şöbənin xidməti ərazisində 80 akt, 50 protokol tərtib edilib, 8 ədəd icrası məcburi olan göstəriş verilib. Ətraf mühitə atılan tullantılara görə 188 hüquqi və fiziki şəxsə 28000 manat ödəmə tətbiq olunub.
İsmayıllı rayonunun ərazisi müxtəlif növ tərkibə malik olmaqla, əsasən, dəmyə torpaqlardır. Təəssüf olunası haldır ki, torpaqların yaxşılaşdırılması sahəsində dövlət və yerli təşkilatlar tərəfindən heç bir iş görülməyib. Kənd təsərrüfatında istifadə edilən gübrələr iş adamları tərəfindən həyata keçirildiyindən onların daşınması və saxlanmasında, bu sahəyə ekoloji nəzarətin həyata keçirməsində bir sıra çətinliklər vardır.
İsmayıllı şəhəri ərazisində sənaye və məişət tullantıları Quşencə kəndi yaxınlığında ayrılmış ərazidə Kommunal Müəssisələri Kombinatı tərəfindən rekultivasiya edilərək basdırılır.
Aparılan monitorinq və reydlər nəticəsində meşələri qanunsuz qıran vətəndaşlar barəsində 20 akt tərtib edilib. Təbiətə dəymiş 3700 manat ziyan vətəndaşlar tərəfindən Ətraf Mühitin Mühafizəsi Fonduna köçürülüb. Şöbə qanunsuz ov edənlərə qarşı tərtib olunan 14 akt və 12 protokolla 11500 manat məbləğində cərimə tətbiq edib.
2014-cü ildə Şöbənin xidməti ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar monitorinqlər keçirilmiş, ətraf mühitə atılan və axıdılan tullantılarla bağlı müşahidələr aparılmış, tədbirlər görülmüşdür.
Təbiəti hamımız qorumalıyıq
Başlıca məqsədimiz təbiəti qorumaq, onun vətəndaşlarımız üçün əvəzsiz sərvət olduğunu hər kəsə çatdırmaqdan ibarətdir.
Sonda müsahibim peşə bayramı ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən II dərəcəli Dövlət qulluqçusu adına layiq görülməsi sevincini bizimlə bölüşdü. Bu münasibətlə 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi Əliyev Əlirza Rza oğlunu oxucularımız və rayon ictimaiyyəti adından təbrik edirik.
Ş.Soltanov

Şərh Yaz