İstedad – 2014

May ayının 27-də İsmayıllı Uşaq Yaradıcılıq Mərkəzinin akt zalında tədris ilinin sonunda “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramı”na uyğun olaraq “İstedad – 2014” adı altında istedadların ümumrayon toplantısı keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon Təhsil Şöbəsinin işçiləri, müəllim və şagird kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.
İlk olaraq səhnəyə Basqal qəsəbə tam orta məktəbinin şagirdi Nilufər Qəhrəmanova və 5 nömrəli tam orta məktəbinin 5-ci sinif şagirdi Nilufər Çələbiyeva çıxıb. Balaca istedadlar qonaqları salamlayıb və tədbirin rəsmi hissəsini aparmaq üçün müəllimləri səhnəyə dəvət ediblər.

Gənc müəllimlər tədbiri açıq elan etdikdən sonra Dövlət himni səsləndirilib.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova İsmayıllı şagirdlərinin sorağının təkcə respublika miqyasından deyil, dünya ölkələrindən gəldiyini deyib. Qazanılan uğurların RTŞ-nın rəhbərliyi ilə pedaqoji kollektivlərin elmi işinin nəticəsi olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov rayonun ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Azərbaycan təhsilində qazanılan uğurların ümummilli lider Heydər Əliyevin ardıcıl və müdrik siyasətinin nəticəsi olduğunu, bu təhsil strategiyasının dövlət başçısı tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, ötən il abituriyentlərdən 328 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunaraq tələbə adını qazanıb. Onlardan 21 nəfəri 600-dən çox, 52 nəfəri isə 500-dən artıq bal toplayıb, 4 nəfər tələbə isə Prezident təqaüdünə layiq görülüb: “Bu gün İsmayıllı ümumtəhsil məktəblərini bitirənlərin səsi Amerikanın, Avropanın qabaqcıl universitetlərindən gəlir. Uğurların daha yüksək göstəricilərlə davam edəcəyinə ümid edirəm. Yüksək nailiyyətlərin qazanılmasında əməyi olan şagird və müəllimlərə minnətdarlığımı bildirirəm”.

Sonra fənn olimpiadalarının respublika turunda, Çexiya, Ukrayna, Belarusiya ölkələrində keçirilən fənn olimpiadalarında, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən respublika inşa-yazı müsabiqəsində, “Gələcək nəsillərlə üz-üzə” V Ümumrespublika inşa müsabiqəsində, “Vergilər uşaqların gözü ilə” və digər müxtəlif mövzulu inşa-yazı müsabiqələrində yüksək yerləri qazananlara, fənlər üzrə bilik yarışlarında, “Nə, nə zaman, harada?”, “Xəmsə”, “Breyn rinq”, “Ağıl dəryası” intellekt yarışlarında, “Qunduz informatika və kompyuter bacarıqları”, “ALPLOQO-2014” informatika yarışlarında qalib gələnlərə, müxtəlif idman, eləcə də şahmat yarışlarında nailiyyət qazananlara,
“Fövqəladə hallar uşaqların gözü ilə” və digər yaradıcılıq müsabiqələrində uğur əldə etmiş məktəblilərə diplom və hədiyyələr təqdim olunub.
Tədbir istedadlı uşaqların hazırladığı geniş konsert proqramı ilə davam edib.
Ç.Bəhərçinli

Şərh Yaz