Sevgiyə verilən qiymət

May ayının 10-da bütün Azərbaycan gül-çiçək içində idi. Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Ulu öndərin doğum gününü qeyd edirdi. Bu bayram el bayramı – gül bayramı adını alıb. Ümummilli liderin doğum gününü hamı sevinc və məhəbbətlə qarşılayır. Həmin günü vətənimiz Azərbaycanda “Gül bayramı” kimi qeyd edilir. Gül bayramında bütün müəssisə və təşkilatlar güllərdən hazırladıqları əl işləri nümayiş etdirirlər. Bu, xalqımızın liderə məhəbbətinin və sevgisinin təzahürüdür.Sevgiyə verilən qiymət

May ayının 10-da bütün Azərbaycan gül-çiçək içində idi. Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Ulu öndərin doğum gününü qeyd edirdi. Bu bayram el bayramı – gül bayramı adını alıb. Ümummilli liderin doğum gününü hamı sevinc və məhəbbətlə qarşılayır. Həmin günü vətənimiz Azərbaycanda “Gül bayramı” kimi qeyd edilir. Gül bayramında bütün müəssisə və təşkilatlar güllərdən hazırladıqları əl işləri nümayiş etdirirlər. Bu, xalqımızın liderə məhəbbətinin və sevgisinin təzahürüdür.
E.Bayramov adına Talıstan kənd tam orta məktəbinin kollektivi də bu gül bayramında yaxından iştirak etdi. Məktəbin foyesində, eləcə də rayon mərkəzində zövqlə hazırladığımız tabloları gül bayramında nümayiş etdirdik. Əl işlərimiz sevilə-sevilə izləndi. Rəhbəri olduğum sinfin şagirdləri ilə bərabər hazırladığım 4 ədəd əl işi Heydər Əliyev Mərkəzinin eksponatları sırasında nümayiş etdirildi. Bu məni çox sevindirdi. Mərkəzin rəhbərliyi tərəfindən Fəxri fərmanla mükafatlandırıldıq. Çox sevinirəm. Elə bilirəm ki, bu mükafat Ulu öndərə olan sevgimə verilən qiymətdir.
Sevinc, şadlıq həmişə xalqımızın başında tac olsun!
Surə Cəbrayılova

Şərh Yaz